Icma.az
close
up
RU
Gürcüstan ABŞ dən “nümunə” götürəcək

Gürcüstan ABŞ dən “nümunə” götürəcək

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “Sova News” portalına istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyasının lideri Mamuka Mdinaradze bu təşəbbüsün 2024-cü ilin aprelində qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanununu əvəzinə istifadə olunacağını deyib.
Bundan əvvəl Mdinaradze həmçinin qeyd edib ki, Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə əlaqədar Gürcüstanda xarici agentlər haqqında qanuna ehtiyac qalmaya bilər.
Siyasətçi paralel olaraq “gürcü xalqının təsirini həyata keçirən” QHT-lərin təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradılacağını, buna görə də “Qrantlar haqqında qanun”a dəyişikliklər ediləcəyini söyləyib.
“Bildiyiniz kimi, ABŞ-nin yeni hökuməti etiraf edib ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda inqilabları dəstəkləmək üçün istifadə olunub. Keçən il parlament FARA-nın sadələşdirilmiş variantını qəbul etdi, o, hələ də tam tətbiq olunmayıb: bilirsiniz ki, qüvvəyə minməsinə baxmayaraq, kənardan maliyyə alan bir neçə onlarla ən zəngin və ən böyük QHT reyestrdə qeydiyyatdan keçməyib”, - hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri diqqətə çatdırıb.
Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL Onun sözlərinə görə, əvəzində “Gürcü Arzusu” partiyası Amerika qanununun birbaşa surətini, onun hazırkı versiyasını əldə edəcəyikalacaq və onun tam icrasını təmin edəcək. Paralel olaraq, ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün hökumət fond yaradacaq və buna müvafiq qaydada “Qrantlar haqqında” qanuna dəyişikliklər ediləcək. Gürcüstan hökumətindən qrant maliyyəsi isə, ölkədə xarici qüvvələrin yox, gürcü xalqının təsirini təmin etmək istəyən vətəndaş cəmiyyəti təşkilatlarına ayrılacaq.
- Biz cəmiyyətə söz veririk ki, Gürcüstanın müstəqilliyinə təzyiq, şantaj, məcburiyyət və xələl gətirmək, iğtişaşlar, xaos cəhdləri nə qədər güclü olsa, reaksiyalar da bir o qədər sərt olacaq və bütün bunların qarşısını almaq üçün hüquqi və siyasi tədbirlər görüləcək. Ölkə bir daha heç vaxt şantaj edilməyəcək, onun institutları güclü olacaq və heç kim Gürcüstanın daxili işlərinə qarışmağa cəsarət etməyəcək”, - Mamuka Mdinaradze vurğulayıb.
O, konkret olaraq FARA-dan, yəni “Gürcü Arzusu”nun təklif edəcəyi qanun layihəsində konkret nəyə təşəbbüs göstəriləcəyindən danışmadışı deyib. Mdinaradze bildirib ki, bunu qəsdən edir. Kimsə təşəbbüsün mahiyyəti ilə maraqlanırsa, bu gün Amerikada qüvvədə olan FARA qanununu oxusun, çünki hakim partiya onun birbaşa surətini təklif etməyə hazırlaşır.
Xatırladaq ki, 2024-cü ilin aprelində “Gürcü Arzusu” bir il əvvəl ləğv edilmiş xarici agentlər haqqında qanunun qəbulu təşəbbüsü ilə yenidən çıxış etdi. O vaxt hakim partiya maliyyələşmənin şəffaflığı kontekstində QHT-lərin hakimiyyəti aldatdıqlarını bildirərək adı dəyişdirilmiş qanun layihəsi yenidən gündəmə gətirdi.
Gürcüstan parlamenti minlərlə insanın etirazları, müxalifətin və beynəlxalq tərəfdaşların tənqidi, prezident Salome Zurabişvilinin vetosunu aşılması fonunda “Xarici təsirin şəffaflığı haqqında” qanunu keçən ilin aprel ayında qəbul etdi.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azvision.az
archiveBu xəbər 06 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri