Gürcüstan lideri Avropa Parlamentini yalan yaymaqda ittiham edib
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Avropa Parlamenti heç bir maraq kəsb etmir. Hamıya yaxşı məlumdur ki, bu qurum son zamanlar yalandan başqa heç nə yaymır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məhkəmə işlərini siyasiləşdirməyə cəhd etmək hüququn aliliyi prinsipinə birbaşa ziddir.
“Konkret bir Avropa qurumunun bunu anlamaması faciəvi haldır. Onlar məhkəmə qərarına siyasi təsir göstərməyə çalışırlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər, lakin onlar xüsusilə də Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məsələyə siyasi müdaxilənin yolverilməz olduğunu qətiyyən dərk etmirlər”, – Baş nazir əlavə edib.
Qeyd edək ki, bu gün Avropa Parlamentində “Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” mövzusunda debat keçiriləcək. Müzakirələrin nəticəsi olaraq sabah tənqidi qətnamənin qəbulu gözlənilir.
Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını artıq nəzərdən keçirməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Oktyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















