Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna yenidən düzəliş edir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 6 aprel, AZƏRTAC
Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna növbəti dəfə düzəlişlər etməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, parlamentə təqdim olunan qanun layihəsinə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlər qrant hesab edilməyəcək.
Layihədə deyilir: "Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluqlar və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən verilən, xarici ölkə hökumətinin və ya xarici siyasi partiyanın siyasi və ya ictimai maraqlarından, yanaşmalarından və ya münasibətlərindən irəli gələn və diplomatik nümayəndəliyin öz fəaliyyəti ilə birbaşa əlaqəli olan fəaliyyətlər üçün istifadə edilən və ya istifadə edilə bilən vəsaitlərin qrant kimi qəbul edilməməsi məsləhətdir”.
Qanun layihəsinə verilən izahlı qeyddə deyilir: "Qanunun hazırkı ifadəsi yuxarıda qeyd olunan münasibətə şamil edilmir, lakin qanunun vahid oxunuşunu təmin etmək üçün onu müvafiq şəkildə aydınlaşdırmaq məqsədəuyğundur".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 Aprel 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















