Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Gürcüstan portalı: Prezident İlham Əliyev həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini bərpa etdi

Gürcüstan portalı: Prezident İlham Əliyev həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini bərpa etdi

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 26 sentyabr,AZƏRTAC

Gürcüstanda geniş oxucu kütləsinə malik olan meqatv.ge portalında Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin yalnız hərbi zəfərlə nəticələnmədiyi, həm də regionun geosiyasi xəritəsini dəyişdirdiyi, yeni reallıqlar formalaşdırdığı vurğulanıb.

Bildirilib ki, 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident İlham Əliyevin siyasi iradəsi, liderliyi və strateji qərarları nəticəsində Azərbaycan ərazilərinin böyük bir hissəsi, o cümlədən Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiyaya imza atdı və nəticədə Azərbaycan 30 ilə yaxın işğalda qalan torpaqlarını azad etdi. Prezident Əliyev bu Zəfəri yalnız hərbi deyil, həm də milli ləyaqətin, beynəlxalq hüququn və ədalətin bərpası kimi qiymətləndirdi.

Vurğulanıb ki, müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə daha da möhkəmləndi. Azərbaycanın ikitərəfli və çoxtərəfli siyasətdəki kursu, beynəlxalq platformalarda iştirakı, çox əhəmiyyətli qlobal tədbirlərə ev sahibliyi etməsi bunun əyani sübutudur. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələr və sərhədlərin delimitasiyası prosesi Cənubi Qafqazda sülh gündəliyinin formalaşmasına zəmin yaratdı.

Azərbaycan, qalib tərəf olmasına baxmayaraq, sülhə hazır olduğunu dəfələrlə bəyan etdi və qarşı tərəfdən eyni addımı gözlədi. 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatı icra olundu və o gün Azərbaycan bütün ölkə ərazisində suverenliyini bərpa etdi.

Məqalədə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yalnız müharibədə deyil, həm də iqtisadi və diplomatik sahələrdə də böyük irəliləyişlərə imza atıb. Gürcüstan ilə strateji tərəfdaşlıq daha da dərinləşib. Enerji, nəqliyyat və infrastruktur layihələrində iki ölkə arasında əməkdaşlıq Cənubi Qafqazın inkişafında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr regional sabitliyin və rifahın əsas sütunlarına çevrilib.

Həmçinin qeyd olunub ki, 2025-ci ilin sentyabrında Prezident İlham Əliyevin Vaşinqtona etdiyi rəsmi səfər Azərbaycan diplomatiyasının mühüm uğuru kimi tarixə düşdü. Səfər çərçivəsində aparılan yüksəksəviyyəli görüşlər, regionda sülh və əməkdaşlıq perspektivlərinə dair müzakirələr Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını nümayiş etdirdi. Ən əsası isə Prezident Əliyevin dəfələrlə vurğuladığı kimi, müharibədə qələbə qazanmaq nə qədər çətin olsa da, sülhü təmin etmək daha mürəkkəb və strateji bir missiyadır. Bu missiyanı Azərbaycan Prezidentinin uğurla yerinə yetirdiyi artıq beynəlxalq səviyyədə də qəbul olunmaqdadır. Prezident İlham Əliyev təkcə torpaqları deyil, həm də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini bərpa etdi. O, sülhün təmin olunması üçün siyasi iradə, strateji baxış və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak nümayiş etdirməklə, həm Azərbaycan xalqının, həm də regionun gələcəyi naminə əhəmiyyətli addımlar atdı.

"Bu gün Azərbaycan sülhün və inkişafın tərəfdarı kimi çıxış edir və bu mövqenin arxasında qalib bir ordunun və müdrik bir liderin iradəsi dayanır", - deyə məqalədə vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri