Icma.az
close
up
RU
Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Heydər Əliyev bizim üçün birlik, tərəqqi və ilham mənbəyidir AZƏRTAC

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Heydər Əliyev bizim üçün birlik, tərəqqi və ilham mənbəyidir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 12 dekabr, AZƏRTAC

“Mən Gürcüstanda yaşayan azərbaycanlı gənc olaraq, böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünyada öz müdrik siyasəti və liderliyi ilə tanınan bir şəxsiyyətdir. Onun irsi bu gün də milyonlarla azərbaycanlının ürəyində yaşayır və gələcək nəsillər üçün əsl örnəkdir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda ali təhsil almış, hazırda Tbilisidə ingilis dili müəllimi işləyən gənc soydaşımız Arzu Əliyeva deyib.

O deyir ki, Heydər Əliyev hər bir azərbaycanlı üçün milli qürur və birlik rəmzidir. Onun siyasəti yalnız Azərbaycanın inkişafına deyil, həm də bölgədəki xalqlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edib. Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq məhz onun uzaqgörən liderliyi nəticəsində qurulub.

“Valideynlərimizdən, yaşlı nəslin nümayəndələrindən eşitmişik ki, Ulu Öndər Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlılara xüsusi qayğı göstərirdi. Onun təşəbbüsü nəticəsində buradakı soydaşlarımız təhsil, mədəniyyət və sosial hüquqlar sahəsində əhəmiyyətli dəstək əldə ediblər. Məhz onun siyasəti sayəsində biz milli kimliyimizi qoruyaraq doğma dilimizdə təhsil almaq və mədəniyyətimizi inkişaf etdirmək imkanı qazanmışıq” - deyə, A.Əliyeva vurğulayıb.

O bildirib ki, Ümummilli Liderin ən böyük tarixi nailiyyətlərindən biri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələridir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütün region, eləcə də Avropa və Asiya üçün mühüm əhəmiyyət kəsb edir. Ulu Öndərin əsasını qoyduğu bu layihələr ölkələrimizin iqtisadi inkişafına və beynəlxalq mövqelərinin möhkəmlənməsinə böyük töhfə verir:

“Biz Gürcüstanda yaşayan azərbaycanlı gənclər olaraq, Heydər Əliyevin irsini böyük hörmətlə qoruyur və onun ideyalarını gələcək nəsillərə çatdırmağa çalışırıq. Onun rəhbərliyinin nəticəsi olan dostluq və əməkdaşlığı daha da möhkəmləndirmək üçün bütün gücümüzlə çalışacağıq. Fenomen şəxsiyyət Heydər Əliyev bizim üçün təkcə bir lider deyil, həm də birlik, tərəqqi və ilham mənbəyidir. Onun irsini qorumaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri