Icma.az
close
up
RU
“Gürcüstanın Avropa İttifaqına üzvlüyü təhlükə altına düşüb” “Hökumət Rusiya təbliğatı aparır...”

“Gürcüstanın Avropa İttifaqına üzvlüyü təhlükə altına düşüb” “Hökumət Rusiya təbliğatı aparır...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) Gürcüstanda keçirilən son seçkiləri sərt tənqid edib. Aİ-nin xarici əlaqələr üzrə nümayəndəsi Anitta Hipper bildirib ki, seçkilər mətbuat, vətəndaş cəmiyyəti və müxalifət partiyalarına qarşı ciddi repressiyalar fonunda baş tutub.

Hipperin sözlərinə görə, seçkilərdə iştirak səviyyəsi aşağı olub, müxalifət qüvvələri prosesi boykot ediblər. Bundan başqa, Gürcüstan hökumətinin ATƏT və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) beynəlxalq müşahidəçiləri vaxtında dəvət etməməsi seçkilərin şəffaflığına və demokratikliyinə ciddi zərbə vurub.

Aİ rəsmisi həmçinin Gürcüstan hökumətini Rusiya təbliğatı aparmaqda ittiham edib: “Bu, dezinformasiyanın klassik nümunəsidir. Biz Avropa İttifaqının səfirinə qarşı hücumları pisləyirik və onu tam dəstəkləyirik,” – deyə Hipper bildirib. O, həmçinin vurğulayıb ki, Aİ bütün tərəflərdən zorakılığın istənilən formasını qınayır və sülh yolu ilə etiraz etməyin fundamental hüquq olduğunu xatırladıb.

Hipper qeyd edib ki, Gürcüstanda hazırda demokratiyanın ciddi şəkildə geriləməsi müşahidə olunur və bu səbəbdən Aİ-nin Tbilisi ilə siyasi əlaqələri minimuma endirilib: “Biz hazırda yalnız müstəqil medianı və vətəndaş cəmiyyətini dəstəkləyirik”.

Aİ rəsmisi həmçinin bildirib ki, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi təhlükə altına düşüb, çünki hökumətin atdığı addımlar ölkənin Avropa yolunu şübhə altına alır: “Üzvlük prosesi yalnız ölkənin öz nailiyyətlərinə əsaslanır. Təəssüf ki, biz indi görürük ki, Gürcüstan hökuməti bu yolu riskə atır”.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri