Icma.az
close
up
RU
Gürcüstanın Bolnisi və Qardabani rayonlarında 20 yanvar şəhidlərin xatirəsi anılıb AZƏRTAC

Gürcüstanın Bolnisi və Qardabani rayonlarında 20 yanvar şəhidlərin xatirəsi anılıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisi, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə yanvarın 20-də Bolnisi rayonunun Faxralı kəndindən olan şəhid İlqar Hümbət oğlu Əhmədovun xatirəsi anılıb, məzarı ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, eləcə də şəhidin orta təhsil aldığı Faxralı orta məktəbinin kollektivi, din xadimləri iştirak ediblər.

Bildirilib ki, şəhidlərin xatirəsi hər zaman milli iftixar hissi ilə anılır. Onların ailələrinin qayğıları diqqətdə saxlanılır.

Qeyd edilib ki, 20 Yanvar faciəsi həm də bizim şanlı tariximizin qəhrəmanlıq səhifəsidir. Şəhidlər qürur mənbəyimizdir və onların əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən danışılıb. Qeyd olunub ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra İlqar Əhmədovun və bütün şəhidlərin ruhu rahatlıq tapıb. İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi.

Qeyd edək ki, İlqar Əhmədov 1990-cı il yanvarın 20-də şəhid olub. Onun nəşi anasının xahişi ilə Gürcüstana gətirilərək doğulduğu Faxralı kəndində torpağa tapşırılıb.

Sonra səfirliyin əməkdaşları və ziyalılar Bolnisi rayonu Kəpənəkçi kəndindən olan 20 Yanvar şəhidi Tengiz Turabovun ailəsini ziyarət ediblər.

Elə həmin gün səfirliyin başqa əməkdaşları Qardabani raonunun Ağtəhlə kəndində 20 yanvar şəhidi Rəşid İsmayılovun qardaşının evində olub, onlarla söhbət ediblər. Onlar eyni zamanda Tbilisi yaxınlığındakı Poniçala qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldımış abidəni ziyarət ediblər.

Din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə şəhidlərin ruhuna dualar oxunub, xalqımızın suverenlik və müstəqillik uğrundakı mübarizəsindən bəhs olunub.

Səfirlik adından şəhid ailələrinə ərzaq yardımı edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see201

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri