Icma.az
close
up
RU
Guya tərifdən əsəbiləşən professorumuz Orxan Saffari yazır...

Guya tərifdən əsəbiləşən professorumuz Orxan Saffari yazır...

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Əlbəttə, sahəm olmadığı üçün, onun riyazi biliklərinə, fizikliyinə bir söz deyə bilmərəm. Yəni gərək onu da elə fiziklər, riyaziyyatçılar özü desin. Açığı, daha başqalarının da yerinə danışmaqdan bezdim.

Ancaq Hamlet İsaxanlının poetik dünyası məni narahat etmir deyil desəm, yalan olar. Fəqət mən Hamlet İsaxanlı kimi yalan danışmayacam.

Məsələn, müsahibələrinin birində Hamlet İsaxanlı deyib ki, bəs guya tərif onu əsəbiləşdirir.

“Ümumiyyətlə isə tərif məni əsəbiləşdirir. Bizim müəssisənin rəsmi və qeyri-rəsmi tədbirlərində də ola bilməz ki, kimsə mənim ünvanıma tərif desin. Hamısı yaxşı bilir ki, mənim tərifdən qəti xoşum gəlmir” kimi sözlər desə də, əslində, Hamlet İsaxanlını bu mənada qeyri-səmimi adlandırmaq olar. Çünki onun müəssisəsində məhz Hamlet İsaxanlı tənqid olunmur, təriflənir”,- deyə qeyd edən Hamlet İsaxanlı, yəqin ki, səmimi olmadığını hər kəsdən yaxşı bilir.

Təkcə internetdə kiçik bir axtarış kifayət edir ki, onun haqqında ümumiyyətlə tənqidə rast gəlməsəyən, əvəzində isə Hamlet İsaxanlını guya əsəbiləşdirən təriflər görəsən.

Nəinki azərbaycanlı yazıçı-şairlər, tənqidçilər, hətta bir çox xarici yazıçı-şairlər, elm adamları da onun haqqında yüksək fikirlər səsləndirib. Öz təbirincə desək, xarici ölkələrdə də onu bərk əsəbiləşdiriblər.

Nə hikmətdirsə, tərifdən əsəbiləşdiyini deyən Hamlet İsaxanlı bütün tərifləri öz rəsmi saytına da yerləşdirir. Bəlkə Hamlet müəllimin mazoxistlik hissləri var, yerləşdirib ki, təkrar-təkrar oxusun və əsəbiləşsin?

Nə deyim? Allah adamı Hamlet İsaxanlının qəzəbindən qorusun, yaman sərt adamdır.

Ancaq bütün bunlara baxmayaraq, Hamlet İsaxanlının bir şeirini də əzbər bilən adam yoxdur. Çünki onun şeirləri nəyinsə xatirinə üzdən oxuyub keçmək üçündür. Bəlkə, bütün deyilənlər həm də Hamlet İsaxanlının ictimai-siyasi statusuna görədir?

Hamlet İsaxanlının poetik dünyası haqqında zövqünə, özünə inandığım adamların da bəzilərinin yüksək fikirlərini görəndən sonra dişimi dişimə sıxıb onun şeirlərini oxumağa çalışdım. Düzü, təəssüf etdim ki, yekə-yekə kişilər həm professoru əsəbiləşdiriblər, həm də elə mənim gözümdən düşdülər. Daha o adamların hansı sözünə inanım?

Məsələn, bu şeiri oxuyub necə tərifləmək olar?

“Eşq mülkünə ayaq basıb,
Baş itirmək nə asanmış…
Dodaqların ləbi‐dərya,
Vədlərin quru lisanmış.
Oxa döndün, yoxa çıxdın,
Bir xəyal qanadlısanmış.
Can almaqda tayın yoxdur,
Qız, nə istedadlısanmış”

Yaxuda da bu şeiri:

“Həyata bolluca qucaq açınız,
Sevgidən od alsın arzularınız.
Yerdə dayanmayın, göydə durmayın,
Uçsun yel qanadlı xəyallarınız.
Gündüzlər günəşdən, gecələr aydan
Zərif işıq əmsin duyğularınız.
İnsanı, torpağı, Allahı sevin,
Eşqə səcdə qılsın qayğılarınız”.

Bəlkə buna tərif düşür, xəbərimiz yoxdur?

“Sən gəzdiyin guşələrdə məskən saldım,
Gedişindən, gəlişindən ilham aldım,
Eşq nəğməsi qoşdum, gülüm, gör nə qoşdum!
Gəl‐gəl deyən dillərinə möhtac qaldım,
Cənnət yolu dodağından məlhəm aldım,
Atəşləndim, coşdum, gülüm, gör nə coşdum!
Bir ovçuyam, nə oxum var, nə də nizəm,
Ayaq saxla, yorğun düşmüş bəndənizəm,
Dağlar, daşlar aşdım, gülüm, gör nə aşdım!
Zənn etmə ki, solğun, cansız kölgənizəm,
Çılğınlaşmış, fırtınalı bir dənizəm,
Sahilimdən daşdım, gülüm, gör nə daşdım!”

Bütün bunları keçdim, bəs buna kimin nə sözü vat?

“Günəş şölə həvəsində,
Ay tən olur vədəsində,
Nə ay batsın, nə gün solsun!
Arzuya hədd qoyma, könül,
Ömrümüzə şəfəq dolsun,
Yaşa duyğu zirvəsində!
Dünya‐tanrının töhfəsi,
Sevgi‐gəncliyin nəfəsi,
Nə dünya heç, nə sevgi puç!
Qəm evində yatma, könül,
Xəyala dal, qanadlan, uç,
Xəyal‐eşqin fəlsəfəsi!”

Göründüyü kimi, heç nə deməyən, heç bir poetik fikir olmayan şeirlər olsa da, qəribə şəkildə bir çox ədiblərimiz bu cür şeirlərdə nəsə tapıblar. Hamlet İsaxanlı haqqında yazılan bütün təriflər də bir-birinə oxşayır. Adətən, onun şeirləri haqqında deyilən təriflər bu cür olur:

“Hamlet İsaxanlı poeziyası milli-mənəvi dəyərlərimizə incə tellerlə bağlanıb”, “ədəbi-mədəni tarixdə yeri olan”,” ürəyi, qəlbi ilə tənha qalmağı bacaran”, “insani məhəbbət duyğularını əks etdirən poetik örnəklər” və s.

Əlbəttə, əslində, bir adama bu cür sözlər demək nəinki onu əsəbiləşdirmək, hətta məzələnməkdir də. Ancaq görünür, onun şairliyinə bu cür münasibət elə özünə də xoşdur. Çox güman, danışdırsa, özü də deyəcək ki, ay anti-milli ünsür, mən poetik dünyamla milli-mənəvi dəyərlərimizə xidmət etmişəm, bəs sən nə etmisən? Hansı bəşəri poetik nümunələrdən “maliyyələşirsən?”

Sözsüz, Hamlet İsaxanlı yaradıcılığından çox danışmaq olar. Hətta buradan yola çıxıb mənasız şeirlər bəstələnən əksərən mənasız musiqilərdən də söz açmaq olar, ancaq ehtiyac yoxdur. Onsuz da, tərif yazıb Hamlet İsaxanlını əsəbiləşdirmirəm.

Odur ki, çox yəqin, Hamlet İsaxanlı bu tənqidi oxuyub sevinəcək, ilk dəfə əsəbiləşməyəcək.

Burada əsəbiləşməli adamlar o adamlardır ki, onların az-çox ciddiyəti, sənəti var, ancaq nələrəsə görə Hamlet İsaxanlının peotikadan uzaq olan, ancaq şərti olaraq poetik dünya adı verilən dünyasına baş vurublar, çıxa da bilmirlər.

O adamlara demək lazımdır ki, Xəzər univeristetinə getməkdənsə, Hamlet İsaxanlının poetik dünyasına baş vurmaqdansa, Xəzər dənizə gedib, dalğalara və qağayılara baxıb öz həyatları haqqında xəyala dalsınlar.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Mart 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri