Icma.az
close
up
RU
Haftoni meşəsinin icarəyə verilmiş ərazisi ilə bağlı məsələyə aydınlıq gətirildi Foto Video

Haftoni meşəsinin icarəyə verilmiş ərazisi ilə bağlı məsələyə aydınlıq gətirildi Foto Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəranın Haftoni kəndi yaxınlığında Raqib Həsənova icarəyə verildiyi deyilən aydınlıq gətirilib. Məlum olub ki, əslində həmin 100 hektarlıq ərazi rəsmi müqavilə ilə Rüfət Həsənzadəyə icarəyə verilib.

İcarədarın vəkili Zaur Niftəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mövzu ilə bağlı məhkəmə prosesi hələlik yekunlaşmayıb.

O deyib ki, meşə fonduna məxsus torpaq aqrobağların salınması məqsədilə icarəyə verilib və burada hər hansı ərazinin zəbt edilməsindən söhbət gedə bilməz: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi və nazirliyin nəzdində olan Meşələrin İnkişafı Xidməti illər boyunca istər praktikada, istərsə də media vasitəsilə sahibkarlara aqrobağların salınmasını təşviq edib. Ölkə ərazisində minlərlə hektar meşə fondu torpaqlarını bu məqsədlə icarəyə verib. Bununla bağlı mətbuatda və digər resurslarda kifayət qədər məlumatlar yayılıb, eləcə də dövlət qurumlarımız bir neçə dəfə qeyd edilən torpaqlarda aqrobağların salınması haqqında informasiyalar yayıb. R.Həsənzadə də müvafiq sahə üzrə dövlətin icra hakimiyyəti orqanının bu hərəkət və təşviqinə etimad göstərərək Nazirlər Kabinetinin qaydalarına və daxili qanunvercilik aktlarına uyğun, rəsmi ərizə ilə müraciət edərək aqrobağın salınması üçün köməklik göstərilməsini xahiş edib. Meşələrin İnkişafı Xidməti və Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi öz aralarında rəsmi qaydada yazışma apararaq rəsmi ərizəyə uyğun olaraq aqrobağ salınmasından ötrü müvafiq ərazi sahəsi ayrılmasını araşdırıb və aqrobağın salınmasını məqsədəmüvafiq hesab edərək müsbət qərar verib. Bu istiqamətdə 25.10.2019-cu il tarixli müraciətim nəzərə alınaraq 04.11.2019-cu il tarixdə cavabdeh Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 10 nömrəli Müqavilə bağlamaqla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Haftoni meşəbəyliyinin 4-cü kvartalının 15; 16; 10; 11; 8-ci bölmələrindən 15 il müddətinə R.Həsənzadəyə 70 ha torpaq sahəsi icarəyə verilib. Sözügedən müqavilə 30.12.2019-cu il tarixdə 85 nömrə ilə nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən qeydiyyatla təsdiqlənib”.

Vəkil bildirib ki, sözügedən 70 ha torpaq sahəsi üzərindəki icarə hüququ 11.03.2021-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilib: “Bundan başqa, 04.08.2020-ci il tarixli müraciətim nəzərə alınaraq 16.10.2020-ci il tarixdə ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 08 nömrəli müqavilə bağlamaqla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8; 10; 11; 15 və 16-cı bölmələrindən 15 il müddətinə 30 ha torpaq sahəsi icarəyə verilib. Sözügedən müqavilə 06.11.2020-ci il tarixdə Meşələrin İnkişafı Xidməti tərəfindən qeydiyyatla təsdiqlənib. Həmin torpaq sahəsi üzərindəki hüququmuz da müvafiq çıxarışla təsdiqlənib. Beləliklə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə imzalanmış “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” 04.11.2019-cu il tarixli, 10 nömrəli müqaviləyə əsasən 70 ha və 16.10.2020-ci il tarixli, № 08 nömrəli müqaviləyə əsasən 30 ha olmaqla ümumilikdə 100 ha ərazi icarəyə verilib”.

Zaur Niftəliyevin sözlərinə görə, müqavilələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən qeydiyyatla təsdiqlənib və icarə müqaviləsinin təsdiq edilmiş sxematik planında da aqrobağ salınması öz təsdiqini tapıb: “Ərazidə intensiv bağların salınması üçün hazırlıq işlərinə 2020-ci ildən başlanılıb. Aqrobağın salınması üçün görülən zəruri işlər zamanı ərazidə torpağın münbitliyinin artırılması, lazımı rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasını təmin etmək üçün aqrotexniki qaydalara uyğun olaraq işlər görülüb. Aqrar Xidmətlər Agentliyinin və digər peşəkar mütəxəssislərin torpaq analizi nəticəsi və tövsiyələrinə əsasən sözügedən torpaqda əkinə yararlılıq üçün müəyyən aqrotexniki işlər görülməsi tövsiyə olunduğundan ərazidə müvafiq aqrotexniki işlər görülərək torpaq əkinə hazır hala gətirilib. Bu müddət ərzində ərazidə ilkin torpaq hazırlıq işləri, ərazinin hasarlanması və drenaj sistemlərinin çəkilməsi, əraziyə yol çəkilməsi və texnikanın hərəkəti üçün sahədə perimetr boyu yol salınması işləri aparılıb. Eyni zamanda suvarma işinin təşkili üçün mövcud torpaq sahəsinin üzərində başqa ərazidən daşınaraq gətirilmiş torpaqla yüksəldilmiş 7.200 m3 həcmə malik sututarın (su anbarı) inşası tamamlanıb. Plan üzrə ilkin olaraq ümumi sayı 60 min ədəd olmaqla, gilas, şaftalı, nektarin və heyva ağacları əkilib. Ərazidə bütün işlər münbit torpaq qatı qorunmaqla, qanunvericilik aktlarına riayət edilərək görülüb. Həmçinin, vəzifəmiz olmasa belə tərəfimizdən görülmüş və görüləcək işlərlə bağlı mütamadi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinə məlumatlar verilib və bununla bağlı bir dəfə belə olsun, fəaliyyətimizə dair hər hansı etiraz və ya irad bildirilməyib”.

Vəkilin iddiasına əsasən, bütün bunlara baxmayaraq cavabdeh təşkilat fəaliyyətlərinə maneələr yaradır: “Bəzi yerlərdə meşə cinsli ağac əkmək adı ilə bir neçə şəxslə icarəyə götürülmüş sahədə çalışan işçilərimizi münaqişəyə, mübahisəyə təhrik edirlər. Təsadüfi deyil ki, sonuncu belə bir hadisə ilə bağlı tərəfimizdən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qarşı tərəfin qanunsuz hərəkətləri ilə əlaqədar ölçü götürülməsinə dair rəsmi müraciət etmişik. Digər hallarda şifahi olaraq tərəfimizdən əkilmiş ağacları çıxaracaqları ilə hədələyirlər. Rəsmi olaraq isə 21.02.2024-cü il tarixdə bizə xəbərdarlıq məktubu ünvanlanıb. Məktubda qeyd olunub ki, icarəyə verilmiş ərazidə meyvə cinsli ağacların əkildiyi müşahidə olunub. Bu səbəbdən 10 gün ərzində icarə sahəsində əkilmiş meyvə cinsli ağaclarının meşə cinsli ağaclarla əvəz edilməsinin təmin olunması tələb edilib, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib”.

Z.Niftəliyev əlavə edib ki, hüquqlarını qoruduğu sahibkar inzibati orqanın qərarına etimad və inam duyaraq aqrobağ layihəsinin reallaşmasına milyonlarla investisiya yatırıb: “Lakin bundan sonra aidiyyəti qurum dəfələrlə işimizə əngəl törətməyə çalışıb və qərəzli hərəkətlər nümayiş etdirib.  Belə ki, ilkin olaraq icarə müqavilələrinə təktərəfli xitam verdikləri üçün tərəfimizdən Şirvan İnzibati Məhkəməsinə müraciət edilib və məhkəmə qərarı ilə pozulmuş hüquqlarımız bərpa edilib. Bununla bağlı hazırda da qüvvədə olan məhkəmə aktları var. Bundan sonra yenə qərəzli olaraq ərazidə əkilmiş ağacların məcburi çıxarılması barədə göstəriş verilib və bununla bağlı cərimə tətbiq edilib. Biz dərhal Lənkəran Rayon Məhkəməsinə müraciət ünvanladıq və sözügedən qanunsuz qərarlar ləğv edildi. Bütün bu proseslərdə məhkəmələr işi ədalətli araşdıraraq qərarlar qəbul ediblər.

Ən son olaraq qarşı tərəf Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilələrin ləğvini tələb edib və məhkəmə də iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edib. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi bu qərardan apellyasiya şikayəti versə də, Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvədə saxlayıb”.

Vəkil vurğulayıb ki, bundan sonra iddiaçı tərəf kassasiya şikayəti verib və Ali Məhkəmə qərarı ləğv edərək yenidən araşdırma üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərib: “Görüldüyü kimi işlə bağlı yekun qərar qəbul edilməyib, iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilib. Yuxarıda sadalanan hallar onu göstərir ki, sözügedən məhkəmə mübahisəsi yekunlaşmayıb və əlavə araşdırma zərurəti yaranıb. Amma KİV-də olan məlumatlar ictimaiyyətdə yanlış fikirlər yaradıb və haqqımızda mənfi rəylər formalaşmasına səbəb olub. Yekun olaraq bildirirəm ki, sahibkarlıq subyektləri dövlətin inzibati orqanının bəyanat və vədlərinə etimad göstərərək sözügedən aqrobağlara investisiya qoyub, onlardan biri də R.Həsənzadədir. Sözügedən ərazidə minlərlə meyvə ağacı əkilib və onlarla ailənin gəlir qaynağı kimi iş yeri yaradılıb. Hazırda aqrobağda 20 nəfər daimi işlə təmin edilib. Mövsüm vaxtı isə işçilərin sayı 80 nəfərə qədər artır. Həmçinin həyata keçirilən layihə ölkəmizin ixrac potensialı və qida təminatı baxımından da olduqca əhəmiyyətlidir".

Qeyd edək ki, tərəflər arasında daha əvvəl də oxşar məhkəmə çəkişməsi yaşanıb və həmin proses sahibkarın xeyrinə başa çatıb.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri