Hakan Fidan iddialara son qoydu
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi xəbəri tamamilə yanlış və uydurmadır".
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddialara aydınlıq gətirib.
"Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz", - deyə Türkiyə XİN rəhbəri bütün iddiaları yalanlayıb.
Xatırladaq ki, daha əvvəl "The Times of Israel" qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirərək həqiqətə uyğun olmadığını bildirib./Milli.Az
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















