Icma.az
close
up
RU
Hakan Fidan İranı sərt tənqid etdi Səfir XİN ə ÇAĞIRILDI

Hakan Fidan İranı sərt tənqid etdi Səfir XİN ə ÇAĞIRILDI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İranın regional siyasətini tənqid edib.

Modern.az-ın məlumatına görə, bu barədə Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində danışıb.

Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Onun sözlərinə görə, Tehran bu siyasət nəticəsində müəyyən qazanc əldə etsə də, həmin qazancı qorumaq üçün daha çox itki verməli olub.

Nazir İran rəsmilərinə, o cümlədən ABŞ tərəfindən öldürülən general Qasım Süleymaniyə bu siyasətin uzunmüddətli perspektivdə ölkə və region üçün ağır nəticələr doğuracağını söylədiyini qeyd edib. O vurğulayıb ki, artıq bölgədə hökmranlıq etmək dövrü bitməlidir və bütün ölkələr əməkdaşlığa əsaslanan siyasət yürütməlidir.

Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər."

Fidan İranın İraq və Suriya siyasətinə də toxunub, Tehran rəhbərliyindəki ağıllı şəxslərin bu məsələyə sadəcə qazanc və itki prizmasından baxmayacaqlarına inandığını söyləyib. O, bölgədə sabitliyin yalnız birgə əməkdaşlıqla mümkün olduğunu vurğulayıb və köhnə hegemonluq düşüncələrinin tərk edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər. 

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib. Baqai həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İran Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və Ankara ilə bir sıra ortaq maraqlara malikdir.

Ötən gün isə İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri