Hakan Fidan: Rusiya Ukrayna arasında qalıcı sülh üçün hər cür səy göstərməyə davam edəcəyik
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün dünya sülhü üçün mühüm bir gün idi.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticələrini şərh edərək bildirib.
O qeyd edib ki, gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib:
“Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfər əsirin mübadiləsi barədə razılığa gəliblər. Onlar həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında qalıcı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 May 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















