Hakan Fidan: Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi kimi həyata keçəcəyinə inanırıq. Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta Dəhliz, həm də Türkiyənin Türk dünyasına açılması baxımından olduqca mühümdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ilin yekunlarına dair mətbuat nümayəndələri ilə görüşü zamanı ifadə edib.
Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh sazişinin imzalanaraq həyata keçirilməsini gözlədiklərini vurğulayan nazir deyib: “Dünən də Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) fəaliyyətə başlaması üçün Ermənistanla bəzi razılıqlar əldə edilib. Bu sənəd, onun bəndləri ətrafında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iki saata yaxın müzakirəmiz oldu. Çərçivə barədə dövlət başçımıza da məruzə etdim. Lakin sülh sazişinin tam təmin olunması üçün Ermənistanın həyata keçirməsi lazım olan öhdəliklər var. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə göstərdiyi müsbət iradəni dəstəkləyirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















