Hakan Fidandan SENSASİON AÇIQLAMA: Silahlı qruplar Suriyanı parçalamağa çalışsa… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Suriyada fəaliyyət göstərən silahlı qruplar ölkənin parçalanmasına və sabitliyin pozulmasına səbəb olarsa, Ankara bunu öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirəcək və lazımi addımlar atacaq.
KONKRET.az xəbər verir ki, Fidan bununla yanaşı qeyd edib: əgər həmin qüvvələr diplomatik çərçivədən kənara çıxmazlarsa, Türkiyə dialoqa hazırdır.
Nazir İsraili Suriyanı parçalamağa cəhd göstərməkdə və regionda xaos yaratmaqda ittiham edib. O vurğulayıb ki, Ankara qonşu ölkələrlə sabitlik və konstruktiv əməkdaşlıq strategiyasına sadiqdir. Onun sözlərinə görə, İsrailin Əs-Süveyda vilayətindəki müdaxiləsi münaqişənin xarakterini dəyişib.
Fidan əlavə edib ki, Türkiyə bölgədə sülhə nail olmaq üçün diplomatik səyləri davam etdirir və Suriyada terrorizmin və qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün region ölkələrinin, Aİ-nin və ABŞ-ın vahid mövqeyini alqışlayır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 İyul 2025 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















