Hakim sevgilisini güllələyən prokuror həbs edildi İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən İstanbul Regional Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının üzvü olan 45 yaşlı qadın hakim A.K.-nı (45) məhkəmə binasında güllələyən 33 yaşlı sevgilisi, prokuror M.Ç.K. haqqında bu gün həbs qətimkan tədbiri seçilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, işə İstanbuldakı Çağlayan Məhkəməsində baxılıb.
Şübhəlinin ifadəsi Xüsusi Cinayətlər İstintaq Bürosunun Baş Prokuror müavini Ercan Devrim tərəfindən alınıb.
İfadəsindən sonra şübhəli "adam öldürməyə cəhd" ittihamı ilə həbs tələbi ilə məhkəməsinə göndərilib.
Məhkəmə iclasında verilən ifadələrdən aydın olub ki, prokuror hakimə iki əl atəş açıb: "Bir güllənin divarı deşərək, qonşu otaqda iclasa sədrlik edən hakimin kreslosuna dəyib. Xoşbəxtlikdən həmin hakim o an iş başında olmayıb. Digr güllə isə keçmiş arvadının qasıq nahiyəsinə tuş gəlib. O, xəstəxanaya aparılıb, həyatına təhlükə yoxdur. Hakim məhkəməyə göndərdiyi ərazisində səhhət ilə bağlı iclas zalına gələrək ifadə verə bilmir..."
Hakim məhkəməyə göndərdiyi yazılı ifadəsində sevgi münasibətini etiraf edib: "Aramızda 12 yaş fərq olsa da, aramızda sevgi vardı. o, evlənmək istəyirdi. Lakin mən aramızdakı bir çox fərqliliklərə görə, o cümlədən bu evlillyin işimə, çevrəmə zərər verəcəyinə görə evlənməkdən yayındıqca, bu, münasibətlərimizə təsirini göstərməyə başladı. Mən bu səbəbdən sevgi münasibətlərinə son vermək istədim. Lakin zərərçəkən məndən əl çəkmədi. Buna görə də, hadisə günü məhkəmə binasına gələərk mənlə mübahisə etdi, o an otağa çayçı Y.K. girdi, ondan kömık istədim. Lakin o an silahın çıxarıb atəş etdi və daha sonra isə qaçdı..."
Prokuror da ifadəsində 2023-cü ilin sentyabr-oktyabr aylarında hakimlə romantik sevgi münasibətlərinin olduğunu gizlətməyib. O, sevgilisinin əvvəlki nigahdan uşağından tutmuş hər şeyə qədər məlumatlı olduunu deyib və hakmin yazılı söylədiklərinə uyğun ifadə verib.
Məhkəmə tərəfləri dinlədikdən sonra prokurorun həbsinə qərar verib.
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















