Hakimiyyət bölgüsünə real məzmun ,hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır QÜDRƏT HƏSƏNQULIYEV
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Bu gün Bakıda Konstitusiya ili çərçivəsində “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə“ mövzusunda beynəlxalq konfrans keçirilib.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldığı konfrans haqqında Gununsesi.info-ya danışıb.
Qüdrət Həsənquliyevin sözlərinə görə, 2026-cı ilin büdcəsində ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclərə 239 milyon manat ayrılması nəzərdə tutulub:”Bu olduqca böyük vəsaitdir.Bu vəsaitin həcmi bir neçə dəfə azaldılmalı , qənaət olunan vəsait bizi qürurlu etmiş Silahlı Qüvvələrin hərbçilərinin mənzil problemlərinin həllinə sərf olunmalıdı. Sərf olunan vəsaitlər qarşılığında qeyd etdiyiniz konfransın və bu kimi digər konfransların həm təbliğat effekti,həm də hüquqi dövlət quruculuğuna təsiri çox azdır.
O konfransada hansısa ciddi təkliflərin olması və gələcəkdə hüquq islahatları çərçivəsində onların nəzərə alınması ehtimalı sıfıra yaxındı. Ona görə ki,bu tipli tədbirlərə müstəqil mövqeyi olan hüquqşünaslar yox,yalnız rəsmi şəxslər çağrılır, onlar da bir qayda olaraq mövcud konstitusiyanı tərifləyir ,hüquq sistemimizdəki çatışmamazlıqlardan danışmırlar. Ölkəmizdə hakimiyyət bölgüsünə real məzmun ,hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır”.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 12 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















