Icma.az
close
up
RU
Hakimiyyət bölgüsünə real məzmun verən yeni konstitusiya qəbul olunsun” Qüdrət Həsənquliyev

Hakimiyyət bölgüsünə real məzmun verən yeni konstitusiya qəbul olunsun” Qüdrət Həsənquliyev

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib.

Sərəncamla bağlı artıq bir sıra müzakirələr davam edir. 

Müşahidəçilərin fikrincə, bu sərəncam cari ildə Konstitusiyaya əlavə və dəyişiklərlə bağlı referenduma bir işarədir.

Gununsesi.info Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev sözügedən müzakirələrlə bağlı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Qüdrət bəy, yeni ilin ilk iş həftəsi başladı, Prezident tərəfindən “konstitusiya və suverenlik ili” adlandırılan 2025-ci ildən gözləntiləriniz nədir?

– Xalqımızı bir daha Yeni ilin başlanması münasibətilə təbrik edirəm. Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun. İnsanlarımızın yüksək həyat səviyyəsini, təhlükəsizliyini, hüquq və azadlıqlarını Qərb standartaları səviyyəsində təmin edəcək ciddi islahatlar həyata keçirilsin. Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq.

– Bu il Ermənistanla sülh sazişinin imzalanmasını mümkün sayırsınızmı?

– Öz öhdəliklərinə uyğun olaraq, Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verməyənə qədər Ermənistanla sülh sazişi imzalamamalı və həmin ölkə ilə hər hansı formada əməkdaşlıqdan imtina etməliyik. O cümlədən sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində. Sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Daha doğrusu, Ermənistanı yönəldən və qorxudan ölkələrdən.

– Nə sülh, nə müharibə variantı milli maraqlarımıza cavab verirmi?

– Ölkəmizin və regionun təhlükəsizliyi və inkişafı üçün bölgəyə sülh lazımdır, amma bu, milli mənafelərimizdən imtina hesabına olmamalıdır. Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir.

– Ermənistan atəşkəsi poza bilərmi?

– Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücüm edəcəklər. Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim. Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız. Onlar deyirlər ki, bizdə qələbədən sonra yaranmış özgüvən hissi imkanlarımız haqqında yanlış təsəvvürlər yaradıb. Biz müasir çağırışları və rəqiblərimizin imkanlarını düzgün qiymətləndirə bilmirik. Düşünürük ki, gələcək uğurlar daha asan əldə olunacaq. Qələbənin yaratdığı təkəbbürlülük şəxsi, siyasi və beynəlxalq münasibətlərimizi korlayacaq, bizi müttəfiqlərimizin və tərəfdarlarımızın dəstəyindən məhrum edəcək. Cəmiyyətdə parçalanma daha da dərinləşəcək və bu, barışa, mili birliyə imkan verməyəcək. Qələbə eyforiyası ölkəmizdə durğunluğa yol açacaq, cəmiyyətdə təşəbbüskarlıq olmayacaq, ölkə geri gedəcək. Hadisələrə eyforiyanın yaratdığı təkəbbürlülükdən doğan impulsiv yanaşma strateji qərarların qəbulu zamanı nəticələri düzgün hesablamağa imkan verməyəcək. Onlar açıq söyləyirlər ki, dəqiq milli hədəflərin və onlara çatmaq üşün strateji planların olmaması qələbə eyforiyasının keçməsi ilə cəmiyyətimizdə boşluq və böyük ümidsizlik yaradacaq. Ermənistan eyni zamanada Ukraynadakı müharibənin sonunu gözləyir. Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar.

– Qüdrət bəy, İranın gerizəkalı mollalarının yenidən bizə hücum etməsini necə qarşıladınız?

– Pezeşkian İranı sosial xarakterli inqilablardan və ölkəni dağılmaqdan qoruyacaq bəlkə də son ümid idi. O seçiləndə demişdim ki, ali dini lider onu islahatlar həyata keçirməkdə dəstəkləməsə, o heç nəyə nail ola bilməz. Çünki İranda prezident “günah keçisi” rolunda çıxış edir, real hakimiyyət dini liderdə və təhlükəsizlik qüvvələrindədir. İndi tam aydın olur ki, Pezeşkianı seçkilərdə dəstəkləməkdə əsas məqsəd mütərəqqi insanların nümayəndəsi kimi onu hakimiyyətə gətirib islahat tərfdarlarını xalqın gözündən salmaq olub. Qeyd etdiyiniz gerizəkalılar Pezeşkiana hər hansı islahat aparmağa, beynəlxalq əlaqələri yaxşılaşdırmağa, İranı sivil dünyadan qovulmuş ölkə statusundan xilas etməyə imkan verməyəcəklər. Ona görə Azərbaycan qısa bir zamanda ərzaq ehtiyatlarını ən azı iki dəfə artırmalı, İranda baş verən proseslərin ən gözlənilməz ssenarisinə hazır olmalıdır. Ola bilsin Allah-Təala İlham Əliyevin üzərinə daha bir tarixi missiya qoyub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Yanvar 2025 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see201

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri