Icma.az
close
up
RU
Hamı pul itirir: Trampın tarifləri Avropa şərabına ağır zərbə vurdu

Hamı pul itirir: Trampın tarifləri Avropa şərabına ağır zərbə vurdu

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın avqustun 1-dən qüvvəyə minən 15 faizlik gömrük rüsumları Avropa şərab ixracatçılarını böyük risklə üz-üzə qoyub. 

Ölkə.az "Politico"ya istinadən xəbər verir ki, bu vəziyyət həm Avropa, həm də ABŞ şərab istehsalçılarını və idxalçılarını çətin durumda saxlayır.

Amerika idxalçıları yeni tariflərdən əvvəl böyük miqdarda şərab ehtiyatı toplayıblar, lakin bunun nəticəsində yaxın aylar üçün maliyyə imkanları tükənib. Avropa istehsalçıları isə danışıqların nəticəsini gözlədikləri üçün qeyri-müəyyənlik yaşayırlar.

Avropa Şərab İxracatçıları Komitəsinin (CEEV) hesablamalarına görə, 2026-cı ildə şərabçılıq sektoru 800 milyon - 1 milyard avro arasında zərər görə bilər. İtaliyanın ən iri şərab istehsalçılarından biri olan Lamberto Freskobaldi bildirib ki, ABŞ-a göndərilən italyan şərablarının orta qiyməti son üç ayda 10% azalıb.

ABŞ Şərab Ticarətçiləri Assosiasiyasının prezidenti Ben Aneff isə əlavə edib: "Keçən ilin noyabrında restoranların aldığı şərab bu il 35% baha başa gələcək". 

Onun sözlərinə görə, həm rüsumlar, həm də dolların zəifləməsi qiymətlərə ciddi təsir göstərir.

2024-cü ildə Avropa ölkələri ABŞ-a 4,88 milyard avro dəyərində şərab ixrac edib. Avropa sənayesinin hesablamasına görə, ixrac edilən hər bir dollar dəyərində şərab ABŞ-da distribusiya və qonaqpərvərlik sektorlarına əlavə olaraq 4,5 dollar qazandırır.

Ən güclü zərbəni hələlik amerikalı idxalçılar və distribyutorlar hiss edir. Bir çox şirkət işçi qəbulunu dayandırıb, bəziləri isə ixtisarlara başlayıb. ABŞ şərab istehsalçıları Trampa ünvanladıqları məktubda Avropa şərabına tətbiq edilən rüsumların yenidən nəzərdən keçirilməsini tələb ediblər. Onlar xəbərdarlıq edirlər ki, 15 faizlik tarif satışların azalmasına, 2 milyard dollarlıq itkiyə və 25 min iş yerinin risk altına düşməsinə səbəb ola bilər.

Avropa şərabçılığı yalnız ticarət məhdudiyyətləri ilə deyil, həm də iqlim dəyişikliyi ilə üzləşib. Fransada quraqlıq, istilik dalğaları və meşə yanğınları məşhur üzüm bağlarına ciddi ziyan vurub. 2025-ci ildə ölkədə şərab istehsalının son beş ilin orta göstəricisindən aşağı düşəcəyi gözlənilir. Bundan başqa, gənc nəsillərin şərabdan imtina etməsi və ya digər içkilərə üstünlük verməsi də bazarın əlavə çətinliklərindən biridir.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Oktyabr 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri