Hamımızın içdiyi məşhur içki TƏHLÜKƏLİDİR
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Yekaterina Titova yerli "Telegram" kanallarından birinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələr qida borusu əvəzinə tənəffüs yollarına daxil bilər. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.
Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, bu dənəciklərdən həddindən artıq yeyildikdə və kifayət qədər su içilmədikdə, onlar yapışaraq topa halında birləşə və bağırsaq keçməzliyi yarada bilər.
Yekaterina Titova, həmçinin beş yaşa qədər uşaqlara tapiokanı tövsiyə etməyib.
Milli.Az
Baxış sayı:99
Bu xəbər 03 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















