Hansı aviaşirkətin təyyarələrində 13 cü sıra yoxdur və bu xurafat necə yaranıb?
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya əhalisinin təxminən 40%-i uçuş zamanı müəyyən dərəcədə qorxu hissi keçirir.
Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, bu qorxu ilə mübarizə aparmaq üçün bir çox sərnişin müxtəlif xurafat və rituallara əl atırlar.
Bildirilir ki, “şanslı” oturacaq seçmək, təyyarənin xarici hissəsinə toxunmaq, hətta xüsusi geyimlər geyinmək kimi rituallar daha çox müşahidə olunur.
Məhz bu xurafatlar səbəbindən bəzi aviaşirkətlər sərnişinlər arasında narahatlığın qarşısını almaq üçün 13-cü və 17-ci oturacaq sıralarını ümumiyyətlə təyyarə planından çıxarır.
Niyə 13 və 17 rəqəmləri “uğursuz” sayılır?
13 rəqəmi ilə bağlı qorxu o qədər geniş yayılıb ki, bunun üçün xüsusi termin də mövcuddur – triskaidekafobiya. Bu anlayış ilk dəfə 1911-ci ildə Amerika Psixoloji Assosiasiyasında qeyd olunub.
13 rəqəminin uğursuz hesab edilməsinin mənşəyi dəqiq bilinməsə də, əsasən Qərb mədəniyyətində yayılıb. Xristian inanclarına görə, İsa Məsihə xəyanət edən Yəhuda “Son Şam yeməyi”ndə 13-cü qonaq olub. Digər yanaşmalarda isə bu rəqəm Norveç mifologiyası və ya 12-nin “tamlıq” rəmzi olmasından sonra gəlməsi ilə əlaqələndirilir.
İtaliyada isə 17 rəqəmi uğursuz sayılır. Roma rəqəmi ilə XVII yazıldıqda, hərflərin yeri dəyişdirilərsə latınca “Həyatım bitdi” mənasını verən “VIXI” sözü alınır.
Bundan başqa, Çində 4 rəqəmi uğursuz hesab olunur, çünki onun tələffüzü Çin dilində “ölüm” sözünə çox bənzəyir.
Hansı aviaşirkətlər “uğursuz” sıralardan imtina edir?
Bir sıra iri aviaşirkətlər bəzi təyyarələrində 13-cü sıranı tamamilə ləğv edib. Bu siyahıya “Ryanair”, “Air France”, “Singapore Airlines”, “Cathay Pacific”, “Qatar Airways”, “Emirates”, KLM və “Iberia” daxildir. Almaniyanın “Lufthansa” aviaşirkəti də eyni siyasəti tətbiq edir.
“Lufthansa” 2017-ci ildə sosial şəbəkədə paylaşım edərək bildirib: “13-cü və 17-ci sıralar əlçatan deyil, çünki onlar uğursuz nömrələr hesab olunur”.
“United Airlines” isə daha da irəli gedərək bəzi təyyarələrində 13 və 14-cü sıraları ləğv edib. Səbəb kimi 14 rəqəminin Çin dilində “öləcək” sözünə bənzəməsi göstərilir.
Uçuşla bağlı başqa hansı xurafatlar var?
2016-cı ildə aparılan araşdırmaya əsasən, sərnişinlərin təxminən 17 faizi oturacaqlarına keçməzdən əvvəl təyyarənin xarici hissəsinə toxunduqda özlərini daha rahat hiss etdiklərini bildiriblər. Bu, uçuşla bağlı ən geniş yayılmış xurafatlardan biridir.
Digər statistikaya görə, 13-cü cümə günü Böyük Britaniyadan Avropaya olan uçuşlar təxminən 39% daha ucuz olur. Səbəb isə insanların bu günü uğursuz sayaraq səyahətdən çəkinməsidir. Maraqlıdır ki, xurafatlar təkcə sərnişinlərlə məhdudlaşmır. Onlayn aviasiya forumlarında yayılan məlumatlara görə, bəzi pilotlar da uçuşdan əvvəl təyyarənin qanadına toxunur və ya hər uçuşdan öncə eyni yeməyi yeməyə üstünlük verirlər.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Bu şirkətlərin təyyarələrində 13 cü sıra yoxdur SƏBƏB
17 Fevral 2025 18:24
Məşhur aviaşirkətin təyyarələrində böcək aşkarlandı
01 Yanvar 2025 23:08
Azərbaycanda 13 lə başlayan seriya yoxdur Xurafat avtomobil nömrələrinə də təsir edib
24 Dekabr 2025 12:27
“Boz kardinal” necə yaranıb və hansı gücü ifadə edir...
16 Oktyabr 2025 10:46
Bu şəxslərə 13 cü maaş verildi
26 Dekabr 2025 23:23
Baxış sayı:61
Bu xəbər 14 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















