Icma.az
close
up
RU
HANSI PENSİYALARIN MƏBLƏĞİ ARTIRILA BİLƏR? Pensiya alanların sayı kəskin azallb + NAZİRDƏN AÇIQLAMA

HANSI PENSİYALARIN MƏBLƏĞİ ARTIRILA BİLƏR? Pensiya alanların sayı kəskin azallb + NAZİRDƏN AÇIQLAMA

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda 2026-cı ilin yanvarından etibarən yaşa görə aylıq sosial müavinətlərin artırılması planlaşdırılır. Bu barədə bir sıra yerli mətbu orqanlarda məlumat yayılıb. Qeyd edək ki, mövcud göstəricilərə əsasən hazırda 220 manat təşkil edən yaşa görə müavinətin məbləğinin 30 manat artırılaraq 250 manata çatdırılacağı iddia olunur.

Yaşa görə müavinət 65 yaşına çatmış, əmək pensiyası almaq hüququ olmayan və işləməyən kişilərə, 64 yaş yarıma çatmış, əmək pensiyası hüququ olmayan və işləməyən qadınlara avtomatik qaydada təyin olunur. Qadınların yaş həddi 2017-ci ilin 1 iyulundan 2027-ci ilin 1 iyulunadək hər il 6 ay artırılmaqla tənzimlənir. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin iyulunda yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfər olub. Onların 35%-i kişilər, 65%-i isə qadınlardan ibarətdir.

Qeyd edək ki, bir sıra hallarda yaş həddi 5 il azaldıla bilər. Bu güzəştlər aşağıdakı kateqoriyalara aiddir:

-Beş və daha çox uşağı olan qadınlar (uşaqların 8 yaşınadək sağ olması şərti ilə);

-Əlilliyi olan uşağa sahib qadınlar (uşaq 8 yaşınadək sağ olduğu müddətdə);

-Ananın vəfatı və ya valideynlik hüququnun məhdudlaşdırılması halında kişilər (beş və daha çox uşağa sahib, onların 8 yaşınadək sağ olduğu ailələrdə ananın vəfat etməsi, itkin düşməsi və ya valideynlik hüququnun məhdudlaşdırılması halında atanın yaş həddi 5 il azaldılır);

-Əlilliyi olan uşağı tək böyüdən kişilər.

Ötən il 23 092 vətəndaş pensiya yaşına çatmadan vəfat edib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 58 909 vətəndaş vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub. Həyatını itirən kişilərin 15 281 nəfəri 65 yaşına çatmayıb. Yəni ötən il ölən kişilərin təxminən 47%-i pensiya yaşını görə bilməyib. Həmin il vəfat edən 26 473 qadının isə 7 811 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Faizlə desək, qadınların təxminən 29,5%-i pensiya yaşına çatmadan dünyasını dəyişib. Ümumən götürsək, 2024-cü ildə vəfat edən 58 909 vətəndaşın 23 092 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Bu da vəfat edən şəxslərin təxminən 39,2%-i deməkdir.

Son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb

Digər bir statistik məlumata görə, son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb. Bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir. Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində pensiya alanların sayında 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib.

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, ünvanlı dövlət sosial yardımı çıxmaq şərti ilə sosial müavinətlərin qarşıdakı aylarda artırılması ehtimalı azdır.


Onun sözlərinə görə, çünki bunun üçün büdcədə sosial xərclərdə əhəmiyyətli artımlar müşahidə olunmur: “Hökumət bir müavinəti artırmır. Əgər artırsa, demək olar ki, bütün sosial ödənişlərə yenidən baxılır. Sosial müavinətlərə isə bu ilin yayında baxılıb. Buna görə də güman etmirəm ki, hətta 2026-cı ildə belə sosial müavinətlərə yenidən baxılsın və artırılsın. Çünki büdcədə belə bir artım nəzərdə tutulmur, neftin qiymətləri də elə səviyyədə deyil ki, hökumət fikrini dəyişsin və bu xərcləri artırsın.”

Pensiyaların artırılması üçün vəsait ayrılacaq

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

Bunu isə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.

Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Xatırladaq ki, yaşa görə sosial müavinətin məbləği sonuncu dəfə 2024-cü ilin yanvar ayında artırılmış və 180 manatdan 220 manata çatdırılmışdı. Bu ilin iyulunda sosial müavinətlərin və pensiyaların bir çoxunda artım olsa da, yaşa görə müavinət bu prosesdən kənarda qalmışdı.

E. Bəyməmmədli
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri