Icma.az
close
up
RU
Hansı qidalar daha faydalıdır? ARAŞDIRMA

Hansı qidalar daha faydalıdır? ARAŞDIRMA

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Araşdırmalar göstərir ki, evdə bişirilən və minimal işlənmiş qidalar yeyən insanlar, əsasən hazır, ultra işlənmiş məhsulları qəbul edənlərlə müqayisədə iki dəfə çox arıqlayırlar.

AZƏRTAC www.sciencealert.com saytına istinadla xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, hər iki qrup (ultra işlənmiş və minimal işlənmiş qidalar yeyənlər) çəki itirsə də, daha çox irəliləyiş minimal işlənmiş qidaları qəbul edənlərdə qeydə alınıb. Onlarda yalnız çəki itkisi deyil, həm də trigliseridlərin, yağ kütləsinin və qeyri-sağlam qidalara istəklərin azalması müşahidə olunub. Ultra işlənmiş qida yeyənlərdə də bəzi müsbət dəyişikliklər olub, lakin nəticələr daha zəifdir.

Araşdırmalara görə, ultra işlənmiş qidalar, adətən, çoxlu şəkər, yağ və duz ehtiva edir, lif isə az olur. Bu cür məhsullar uzunmüddətli saxlama və dad baxımından hazırlanır, lakin sağlamlıq risklərini artırır. Çox işlənmiş qidaların yüksək istehlakı piylənmə, şəkərli diabet, ürək xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqələndirilir.

Ultra işlənmiş qidalara hazır əriştə, qablaşdırılmış şirniyyatlar, qazlı içkilər, emal olunmuş ət məhsulları və s. aiddir.

Minimal işlənmiş qidalara təzə və ya dondurulmuş tərəvəzlər, meyvələr, tam taxıllar, yumurta, təmiz süd və qatığı misal göstərmək olar.

Diyetoloqların bununla bağlı məsləhətlərinə görə, qidalanmanı tərəvəz, tam taxıllar və paxlalılar üzərində qurmaq faydalıdır. Rahatlıq üçün dondurulmuş və konservləşdirilmiş (əlavəsiz) məhsullardan istifadə etmək olar. Şəkərsiz süd məhsulları seçmək, dadlandırmaq üçün meyvə, qoz və fındıq əlavə etmək daha faydalıdır. Vaxt olduqda toplu yemək bişirib dondurmaq daha əhəmiyyətlidir.

Mütəxəssislər bildirirlər ki, ultra işlənmiş qidalardan tamamilə imtina etmək lazım deyil. Əsas məqsəd balansı qorumaq və mümkün qədər daha çox evdə bişirilmiş, minimal işlənmiş qidaları gündəlik rasiona daxil etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri