Kirayənişin 2 il qaldığı evi BU HALA SALDI
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə qəribə olay yaşanıb.
BAKU.WS xəbər verir ki, İstanbulun Böyükçekməce rayonunda iki il müddətində kirayə yaşadığı mənzildən köçən şəxsin geridə qoyduğu mənzərə ev sahibini şoka salıb.
Məlum olub ki, kirayəçi mənzilin demək olar ki, hər yerinə yəni, divarlara, tavana, qapı və pəncərələrə, mətbəx şkaflarına, hətta kombi sisteminin üzərinə belə sevgi şeirləri və ayrılıq ifadələri yazıb.
Mənzilin bu vəziyyətini görən ev sahibi dərhal hüquqi addımlar atmaq qərarına gəlib və vəkili vasitəsilə kirayəçidən şikayətçi olub.
Məsələ ilə bağlı açıqlama verən vəkil Selman Altınbilek iş üzrə hüquqi prosedurların işə salındığını bildirib:
"Kirayə qalan şəxsin evin müxtəlif hissələrinə etdiyi bu yazılara görə "əmlaka zərər vurma" və "etimaddan sui-istifadə" maddələri üzrə hüquqi təqibimiz davam edir. Dəymiş ziyanın qarşılanması üçün müvafiq tədbirləri görəcəyik".
Evdən olan kadrları təqdim edirik:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















