Icma.az
close
up
RU
Hava indi belədir: Leysan, sel, şimşək

Hava indi belədir: Leysan, sel, şimşək

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur. 

Gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 31 mm (aylıq normanın 134%-i), Qobustanda 47 mm (aylıq normanın 94%-i), Şabranda 34 mm (aylıq normanın 116%-i), Mingəçevirdə 35 mm (aylıq normanın 102%-i), Yevlaxda 30 mm (aylıq normanın 90%-i), Xaçmazda 29 mm (aylıq normanın 96%-i), Kürdəmirdə 28 (aylıq normanın 81%-i), İsmayıllıda 27 mm (aylıq normanın 26%-i), Qubada 25 mm (aylıq normanın 52%-i), Qusarda 24 mm (aylıq normanın 50%-i), Sabirabadda 24 mm (aylıq normanın 81%-i), Qəbələdə 23 mm (aylıq normanın 22%-i), Ağsuda 21 mm (aylıq normanın 31%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Goranboyda 20 mm (aylıq normanın 64%-i), Göygöldə 17 mm (aylıq normanın 20%-i), Göyçayda 17 mm (aylıq normanın 34%-i), Oğuzda 16 mm (aylıq normanın 16%-i), Gəncədə 16 mm (aylıq normanın 51%-i), Naftalanda 16 mm (aylıq normanın 42%-i), Şəmkirdə 16 mm (aylıq normanın 45%-i), Şamaxıda 15 mm (aylıq normanın 22%-i), Bərdədə 15 mm (aylıq normanın 44%-i), Tərtərdə 15 mm (aylıq normanın 44%-i), Ağstafada 14 mm (aylıq normanın 37%-i), Ağdamda 14 mm (aylıq normanın 29%-i), İmişlidə 14 mm (aylıq normanın 47%-i), Tovuzda 13 mm (aylıq normanın 34%-i), Şəkidə 13 mm (aylıq normanın 14%-i), Biləsuvarda 11 mm (aylıq normanın 32%-i), Neftçalada 10 mm (aylıq normanın 30%-i), Zaqatala, Lənkəran, Balakən, Sədərək, Lerik, Şərur, Şahbuz, Naxçıvan, Ceyrançöl, Astara, Xocalı, Yardımlı, Füzuli və Ordubadda 1-8 mm-dir.   

Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində aprelin 16-sı səhər saatlarından başlayaraq Şabran rayonu ərazisindən keçən Gilgilçaydan və Quba rayonu ərazisindən keçən Qudyalçaydan sel keçir.

Dağlıq ərazilərdə qar yağıb, yağan qarın hündürlüyü Xınalıqda 37 sm, Qrızda 30 sm, Qusarda 17 sm, Altıağac, Xaltan, Gədəbəy, Kəlbəcər, Laçın, Şuşa, Daşkəsəndə 1-5 sm olub.  

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 3, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda isə  3 dərəcəyədək şaxta qeydə alınıb. 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri