Icma.az
close
up
RU
Hava kəskin dəyişir: Hansı xəstəliklərə yol aça bilər?

Hava kəskin dəyişir: Hansı xəstəliklərə yol aça bilər?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün axşamdan ayın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bəs havanın temperaturunun kəskin dəyişməsi hansı xəstəliklərə yol açır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov virusların demək olar ki, hər zaman aktivləşdiyini, havaların birdən soyuması ilə əlaqədar müəyyən xəstəliklərin, o cümlədən, tənəffüs yolları xəstəliklərinin yayılmasının qaçınılmaz olduğunu bildirib:

"Havaların kəskin dəyişməsi virus infeksiyaların daha da aktivləşməsinə yol açır. Hətta infeksiyalar ağırlaşaraq pnevmaniya, bronxit və digər ağır xəstəliklərə çevrilə bilər. Bu isə ən çox yaşlı insanlarda, uşaqlarda, xroniki xəstəliyi olan insanlarda müşahidə oluna bilər”.

Şahvələd Məmmədov: Havanın kəskin dəyişməsi meteohəssas insanlara təsir edir

Terapevt qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsinin meteohəssas insanlara da təsir edir. Onun sözlərinə görə, həva şəraiti kəskin dəyişərkən atmosfer təzyiqi də kəskin  dəyişir, bu da insan səhhətinə mənfi təsir edən birinci faktordur. Atmosfer təzyiqinin kəskin enməsini isə daha çox ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar hiss edir.

Həkim tövsiyə edib ki, xəstəliyi olan-olmayan hər bir kəs havanın temperaturunun birdən dəyişməsi zaman ehtiyatlı olmalı, özlərini qorumalıdır:

“Ölkəmizin, o cümlədən, paytaxt Bakının iqlimini nəzərə alsaq, bir qədər şaxtanında bu hava şəraitinə qoşulması müəyyən xəstəliklərə gətirib çıxara bilər. Qalın deyinməli, papaq, əlcək kimi geyimlərdən istifadə etməliyik. Bol meyvə-tərəvəzlə, süd məhsulları ilə qidanlanmalıyıq”, -deyə Ş.Məmmədov bildirib.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri