Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Hava kəskin dəyişir: Sərt qış qapıda Qurumlar kommunal xidmətlərdə fasilə yaranmaması üçün hansı tədbirləri görüblər?

Hava kəskin dəyişir: Sərt qış qapıda Qurumlar kommunal xidmətlərdə fasilə yaranmaması üçün hansı tədbirləri görüblər?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Havaların soyuması ilə əlaqədar bəzən kommunal xidmətlərdə ara-sıra fasilələr yaranır.

Vətəndaşlar işığın verilməsində problemlər, su xətlərində donma səbəbindən fasilələr, eləcə də qaz təchizatında müvəqqəti kəsintilərdən şikayətlənirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlar bildiriblər ki, qış mövsümündə bu kimi halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilir:

"Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağıntı sularını həm də tullantı sularını maneəsiz şəkildə daşıya bilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

Qış aylarında əsasən problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən donvurmalar nəticəsində yaranır. Primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya tələbi nəzərə alınmır. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə, kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmamasına görə sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanılmalı, sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri məqsədilə açıq havada qalan boruları, sayğacın özünü isti materiallarla örtmək, qutunun içərisini ağac yonqarı ilə doldurmaq vacibdir".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən isə qeyd olunub ki, 365 gün 24 saat qəza xidməti daim hazır vəziyyətdə olur:

"Külək nəticəsində ağacların xəttin üzərinə aşması və yaxud da kənar əşyaların xətti zədələməsi hadisəsi baş verməsə, heç bir halda işığın verilməsində fasilə olmur. Belə hallar olduğu təqdirdə də saatından asIlı olmayaraq, qəza xidməti dərhal hərəkətə keçir və ən qısa vaxtda işıq bərpa edilir".

"Azəriqaz" İstehsalat Birliyindən vurğulanıb ki, hər il mayın 1-dən noyabrın 1-dək qış fəslinə hazırlıq prosesi həyata keçirilir:

"Proses çərçivəsində yeraltı qaz xətlərinin yerüstü dayaqlar üzərinə qaldırılması, boyanma işləri, korroziyaya uğramış hissələrin yeni boru xətləri ilə əvəz olunması, siyirtmələrin, şkafların sazlığının yoxlanması prosesləri həyata keçirilir. Bütün bu proseslərin hamısı payız-qış mövsümündə abonentlərin davamlı və fasiləsiz qazla təmin olunmasına xidmət edir. Bu il də eyni işlər icra olunub. Görülən işlərin nəticəsinə uyğun, demək olar ki, ölkə ərazisinə soyuq hava kütləsi daxil olandan bəri "Azəriqaz" İstehsal Birliyinin abonentləri ciddi problem yaşamayıblar. Bəzən lokal xarakterli problemlər olur.

İstismar olunan boru xətləri hansısa səbəblərdən sıradan çıxa bilər, digər nəqliyyat vasitələrinin qaz xətlərinə çırpılması nəticəsində qısamüddətli lokal problem ola bilər. Hər hansı iş görülən zaman müəyyən səbəblərə görə boru xətlərində zədələnmələr müşahidə oluna bilər. Bu tip xırda lokal xarakterli problemlər istisna olunmur. Abonentlər geniş mənada problem yaşamır və yaşamayacaqlar. Təzyiqin aşağı olması ilə də bağlı lokal xarakterli müraciətlər olub. İstər müxtəlif platformalar vasitəsilə abonentlərin müraciəti əsasında, istərsə də əməkdaşlarımızın müşahidəsi nəticəsində aşkar olunan mövcud problem dərhal aradan qaldırılıb. "104" çağrı mərkəzimiz də 24 saat fəaliyyət göstərir. Bu tip problemlər yaşandıqda vətəndaşlar müraciət edərək onun aradan qaldırılması istiqamətində işçilərimizə dəstək ola bilərlər".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri