“Hayduk” “Zirə” ilə cavab oyununda iki futbolçu ilə güclənəcək
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hayduk” (Xorvatiya) UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin Azərbaycan “Zirə” klubuna qarşı matçda tam gücləndirişmiş heyətlə iştirak edə bilməmişdi.
QOL.az xəbər verir ki, bu haqda Xorvatiyanın “tportal.hr” saytı məlumat yayıb.
Qeyd edilib ki, İvan Luçiç artıq klubun planlarına daxil deyil və tezliklə komandadan ayrılmalıdır. Filip Uremoviç isə Yaponiyaya transfer olunmağa yaxındır. İsmael Diallo virus infeksiyasından sağalır, Bamba Sanyang isə yüngül zədədən əziyyət çəkir.
“Buna baxmayaraq, “Hayduk” üçün yaxşı xəbər odur ki, Poljud stadionunda keçiriləcək cavab oyununa qədər vəziyyət dəyişə bilər. Proqnozlara görə, həm Diallo, həm də Bamba cümə axşamına qədər tam məşqlərə qayıdacaq və baş məşqçinin ixtiyarında olacaq” - deyə sayt yazıb.
Xatırladaq ki, bu komandaların Bakıdakl ilk oyunu heç-heçə başa çatıb – 1:1.
Komandaların cavab oyunu iyulun 31-də Split şəhərində keçiriləcək.
Baxış sayı:77
Bu xəbər 26 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















