Icma.az
close
up
RU
Heç heçələr və qalmaqallar turu

Heç heçələr və qalmaqallar turu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer-liqada 2-ci dövrə də arxada qaldı və hadisələrin indiyəqədərki axarı bizi daha bir maraqlı dövrənin gözlədiyin deməyə əsas verir. Əlbəttə, söhbət ilk növbədə çempionluq intriqası ilə bağlıdı ki, “Qarabağ” son 11 ildəki hegemonluğu itirməyə çox yaxındı. Amma bu tur təkcə heç-heçələrin çoxluğu, çempionluğa iddialıların oyunu ilə yox, başqa maraqlı məqamlarla da yadda qaldı.

Mənə elə gəlir ki, 2-ci dövrənin son turunun oyunları “Sumqayıt”la “Araz-Naxçıvan”ın avrokuboklar vəsiqə iddiasının perspektivsizliyini göstərdi. Autsayder “Kəpəz” önündə darmadağın olan “gənclik şəhəri”nin təmsilçisi Avropada nə edə bilər ki? Və ya prinsipial oyunda “Zirə”yə uduzan naxçıvanlıların yayda avrokuboklarda oynamağa nə dərəcədə haqqı var? Belə eniş-yoxuşlu qrafiklə hədəfə çatmaq çətin olacaq. Hələ mən onu demirəm ki, “Araz-Naxçıvan”ın rəhbərlərinin cinayət məsuliyyətinə cəlb olunması, yəni klub ətrafında ab-havanın pozulmasıyla bağlı da ciddi informasiyalar var. Bir sözlə, yavaş-yavaş “Sumqayıt”la “Araz-Naxçıvan”ı Avropa yolçuları siyahısından çıxarmaq lazımdı. Yox, Saşa İliçin komandası kubokda qalır və serb çalışdırıcı, deyəsən, həmin yolu daha perspektivli görür.
Avrokuboklara iddiasını gizlətməyənlərdən biri də “Neftçi”di. “Ağ-qaralar” Şamaxıda eyniadlı komandaya qalib gəlsəydi, “Sumqayıt”ı arxada qoyacaq, “Araz-Naxçıvan”a çatacaq və “Zirə”yə isti nəfəsini hiss etdirəcəkdi. Amma Kamranbəy Rəhimov VAR otağında əyləşən Cavid Cəlilovun da təsiri ilə “ağ-qaralar”ın qələbəsini, belə demək mümkünsə, “oğurladı”. Mustafa Sekin o hərəkətinə görə uzatma dəqiqələrində çox bəsit penalti verildi. Yuri Vernidubun oyundan sonra işlətdiyi “sanki bizim yaxşı nəticə göstərməyimizi istəmirlər” ifadəsi də havadan götürülməyib. İndi hər kəs səbirsizliklə Rəhim Həsənovun izahatını gözləyir ki, qalmaqallı hakim qərarı ilə bağlı suallarına cavab tapsın. Yeri gəlmişkən, sonda bu qalmaqal məqamına bir daha dönəcəm.
Şənbə gününün digər oyununda “Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi. Halbuki “Kəpəz”in bir gün əvvəlki qələbəsi fonunda “qırmızı-qaralar”ın 3 xala ehtiyacı böyük idi. Kaxaber Sxadadzenin komandası bacarmadı. Ümumiyyətlə, “Qəbələ”nin sabitlik yaxalaya bilməməsi ilk növbədə baş məşqçini düşündürməlidi. Ki, sabah elitada yerini qorumaq uğrunda pley-off oyunları keçirmək məcburiyyəti ilə üzləşməsin.
Bazar günü qeydə alınan heç-heçələr fərqli assosiasiya doğurdu. “Turan Tovuz” son 9 çempionat oyununda qələbəyə həsrət qalan “İmişli”ni məğlub etməklə “Zirə” ilə aradakı 5 xal fərqini qoruya bilərdi. Ancaq tovuzluların qələbə yolunda fədakarlıq etdiyini demək olmaz. Bu heç-heçə Aran təmsilçisinə özünəinam qazandırdı, “bozqurd”a isə sadəcə, 1 xal.
Turun ən böyük maraq doğuran oyunu heç-heçə bitdi. 0:3-ü 3:3-ə çevirdiyini nəzərə alsaq, əslində “Qarabağ” “Sabah”la oyunda qazandığı 1 xalı qənimət saya bilər. Amma iş ondadı ki, komandalar arasındakı 7 xal fərqi qorundu və bu mənada ağdamlıları sevindiricək nəsə yoxdu. Mümkün qələbə çempionu daha inamlı edəcək, hətta bəlkə də növbəti qəhrəmanlıqlara daşıyacaqdı. İndi Qurban Qurbanov və komandası yalnız hadisələrin axarını izləməyə və “Sabah”ın büdrəməsini gözləməyə məcburdu. İstənilən halda, bizi maraqlı bir dövrdə gözləyir. Sürprizlər ola da bilər, olmaya da...
Qalmaqallar deyərkən mən həm də bu oyunu nəzərdə tuturdum. Tural Qurbanovun idarəçiliyi qətiyyən oyunun statusuna uyğun gəlmədi. AFFA Hakimlər Komitəsi belə həssas oyunlara təyinatlar zamanı yüz ölçüb, bir biçməlidi. Yoxsa irəlidə bizi daha böyük qalmaqallar gözləyir.
Misli premyer-liqası
2-ci dövrə, 22-ci tur
27 fevral
Kəpəz – Sumqayıt 3:0
Araz-Naxçıvan - Zirə 0:1
28 fevral
Şamaxı – Neftçi 2:2
Qəbələ - Karvan-Yevlax 1:1
1 mart
Turan Tovuz – İmişli 0:0
Qarabağ – Sabah 3:3

1. Sabah 22 16 5 1 45-15 53
2. Qarabağ 21 14 4 3 39-16 46
3. Turan Tovuz 22 12 5 5 27-14 41
4. Zirə 22 10 8 4 29-22 38
5. Araz-Naxçıvan 22 9 6 7 31-36 33
6. Sumqayıt 22 9 4 9 31-30 31
7. Neftçi 21 7 10 4 30-20 31
8. Şamaxı 22 6 8 8 23-26 26
9. İmişli 22 4 9 9 18-25 21
10. Kəpəz 22 5 1 16 17-45 16
11. Qəbələ 22 4 4 14 19-29 16
12. Karvan-Yevlax 22 1 4 17 14-45 7
Bombardirlər: Coy-Lens Mikels (Sabah) - 10, Velko Simiç (Sabah), Bassala Sambu (Neftçi) – 9, Karim Rossi (Şamaxı) – 8.
Növbəti turun oyunları martın 7-10-u aralığında keçiriləcək: Karvan-Yevlax – Sumqayıt, Şamaxı – İmişli, Qarabağ – Araz-Naxçıvan, Zirə - Kəpəz, Neftçi – Turan Tovuz, Sabah – Qəbələ.
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Mart 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri