Icma.az
close
up
RU
HEÇ KİM OLMAQ AĞRISI... Eldəniz Quliyev yazır

HEÇ KİM OLMAQ AĞRISI... Eldəniz Quliyev yazır

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Əslində, biz daima ağzından quş buraxan deputatlarımıza da, yedikcə daha çox acıyan, acıdıqca daha çox iştahaya gələn məmurlarımıza da, eləcə də, yuxarıdan sallanmış iplə hərəkət edən marionet teatrının obrazlarını xatırladan məhkəmə hakimlərimizə də yağlı bir "SAĞ OL!" deməliyik(bərəkallah, əhsən, malades də olar).

Çünki onlar, mütəmadi olaraq böyük fədakarlıq və əsl dördayaqlı inadkarlığyla hakimiyyətin xalqı barmağına necə doladığını əyani şəkildə nümayiş etdirirlər.

Amma möhtərəm hakimlərə ikiqat minnətdarllq düşə bilər. Niyə? Çünki lazım gələndə onları tərsinə də çevirmək mümkündür. Yəni onları hər zaman başaşağı tutub, ayaqlarından "raqatka" hacası kimi istifadə etmək olur.

Və belə "raqatka"larla, ən azından, göydə ütülü-sığallı deputatlarımızın buraxdığı quşları, yerdə isə, camaatın başında turp əkmək aqranomluğuyla məşğul olan məmurların qanadlı nəfsini vurub xosunbay eləmək olar!..

***

Nə bilim... bəlkə elə bu kimi "adamların" ucbatındandır ki, bu gün cəmiyyət sağlam məntiqə sığmayan absurd və mənasız hücumlara qarşı müqavimət göstərmək istəmir. Yorulub, bezib. Artıq onun müqavimət və mübarizə immuniteti zəifləyib, haldan düşüb... Ağlı başında olan, ağı qaradan, yaxşını yamandan seçmək gücündə olanlar isə... susur, görməzdən, eşitməzdən gəlir. Vicdanı ilə üzbəsurət qalanda isə dəli kimi öz-özüylə danışır, öz-özüylə dalaşır, dartışır:

- Ədalətsizliyə, haqsızlığa, əclaflığa qarşı biganə qala bilmirsən?..

- Yox.

- Yalan danışmağı, yaltaqlanmağı, pişiklənməyi, quyruq bulamağı, işverənliyi bacarmırsan?

- Yox.

- Bədxahlıqla, pisliklə, saxtakarlıq, riyakarlıqla da aran yoxdu?..

- Yox.

-Onda...şələ-küləvi hazırla - Kürdəxanı səni gözləyir!.. Əlbəttə, "çerez" “Bandotdel..."

***

...Kim bilir, bəlkə elə, vicdanını amputasiya elətdirmiş nadürüst adamlara görədir ki, olan-qalan dəyərlərimizi də salıb itiririk... Qətrə-qətrə, çimdik-çimdik, damcı-damcı... Beləcə, əvvəlcə, simamızı, adamlığımızı, ardınca ləyaqətimizi, abır-həyamızı itiririk... Elə itirə-itirə də baş alıb heyy harasa gedirik...

Lənət şeytana! Dünənəcən burnu qanayan yad bir uşaq görəndə özündən gedib bayılan bizlər, bu gün dəhşətli müharibələrə, münaqişələrə; sivil əhalinin başına yağan bombalara, insan başlarının kəsilməsinə, diri-diri yanan insan cəsədlərinə tamaşa edirik - özü də maraqla, bəzənsə ləzzətlə(?!). İynə ucu boyda günahı olmayan insanlara atılan camura, böhtanlara, şər-şəbədələrə, onların təqib, təhqir, həbs edilməsinə, çeşidli işgәncәlәrә mәruz qalmasına biganəlik, laqeydlik göstəririk. Ağzımızı kilidləyir, qulaqlarımızı bərk-bərk tıxayır, gözümüzü yumuruq: “Bizə dəxli yoxdu!” deyirik. “Şükür ki, güllə məndən yan keçdi!..” deyirik. “Nə yaxşı ki, tutulan, əzilən, döyülən, öldürülən mən deyiləm!..” deyirik. “Az aşım-ağrımaz başım!” deyirik.

Haramı, yalanları, saxtakarlıqları, yaltaqlıqları, dəyyusluqları, haqsızlıqları görə-görə susuruq! Susuruq və susa-susa da... öyrəncəli, vərdişkar oluruq!.. Nəticədə, ürəyimiz buz bağlayır, gözümüz şüşәlәşir, özümüz isə keyləşir, həyasızlaşır, mənasızlaşır, sırtıqlaşırıq - yavaş-yavaş, damcı-damcı, qətrə-qətrə, çimdik-çimdik, zərrə-zərrə!.. Bu azmış kimi, “Lənət sənə, kor şeytan!” deyirik və öz elədikləriimizi, yəni öz eyibli-suçlu “şələ-küləmizi” həmin şeytanın belinə yükləyirik.

Doğrudan da, hamımızın vəziyyəti, necə deyərlər, “uruscadı”... bəlkə də elə ingiliscədi!.. Nə işıq gələn, nə də it hürən tərəfi seçib ayırd eləyə bilmirik ki, bilmirik. Elə bil azmışıq, yol-yolağanı, səmti itirmişik... Lap nağıllarda olduğu kimi: sağa getsən - öləcəksən, sola getsən - sağ qalmayacaqsan, qabağa getsən - ölməyinə ölməyəcəksən, amma sağ da qalmayacaqsan! (Bircə qalır arxa tərəf... ora da tərs kimi, həmişə “zanit” olur).

 ...Və günlərin bir günü ayılıb da güzgüyə baxacaq və görəcəyik ki, güzgüdən bizə baxan... HEÇ KİMDİR!

İlahi, bizləri HEÇ KİM olmaq zülmünə məhkum eləyənlərdən qoru!

Eldəniz QULİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri