“Heç kimdən dəvət gözləmirik” “Təminatımız Avropada ən güclü ordudur” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
NATO-ya üzvlük Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı olaraq qalır. Lakin Kiyev NATO-da heç kimdən Alyansa dəvət gözləmir.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 18-də Brüsseldə keçirdiyi brifinq zamanı deyib.
Zelenski hesab edir ki, NATO üzvlüyü Ukraynanı Rusiya işğalından qoruya biləcək ən yaxşı təminat olardı. Ancaq hazırda Kiyev başqa alətlərlə öz təhlükəsizliyini təmin etmək məcburiyyətindədir: “Bizim təminatlarımız var: sanksiyalar, maliyyə zəmanətləri, silah paketləri və sair. Lakin bütün bunlar Putinin bir daha gəlməyəcəyinə zəmanət vermək üçün kifayət deyil. Ən yaxşısı böyük ordudur, Avropada ən böyük ordu. Ordumuzun gücünü məhdudlaşdırmağa haqqımız yoxdur. Lakin güclü qarant Alyansdır. Güclü iqtisadiyyatdır. Ancaq nə qədər ki, müharibə davam edir, bizim büdcə defisitimiz 40-42 milyard qrivnadır”.
Zelenski deyib ki, bütün maneələrə və Tramp administrasiyasının mövqeyinə baxmayaraq, Ukrayna NATO-ya üzvlük uğrunda mübarizəsini davam etdirəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















