Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

“Heç olmasa Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə aid tələbləri eyniləşdirmək lazımdır” Qüdrət Həsənquliyev

“Heç olmasa Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə aid tələbləri eyniləşdirmək lazımdır” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Müzakirə olunan məsələ ilə bağlı birinci oxunuşda çıxış eləmişdim və qanun layihəsini dəstəkləmişdim. İkinci oxunuşda bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda Konstitusiya Məhkəməsinin 9 üzvü var. Onlardan cəmi üçü hakim işləmiş şəxslərdir. Azərbaycan Respublikası Konstitusiyasına görə, məhkəmə hakimiyyətinin başında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi gəlir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili “125-ci maddənin 2-ci hissəsində qeyd olunur ki, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir”,-deyə bildirib: “Eyni zamanda Konstitusiyanın 130-cu maddəsinə görə, hər bir Azərbaycan Respublikası vətəndaşının, yəni hər kəsin, onun hüquq və azadlıqlarını pozan məhkəmə aktlarından Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu o deməkdir ki, Konstitusiya Məhkəməsi hətta Ali Məhkəmənin də aktlarını ləğv edə bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin hakimləri 5 il hüquqşünas ixtisası üzrə işləyən şəxslər sırasından təyin olunurlar.
“Məhkəmələr və hakimlər haqqında qanunda” qanunda hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydaları müəyyənləşib. Orada qeyd olunur ki, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər.
Hörmətli sədr, əvvəla, qeyd edim ki, ümumiyyətlə, qanunvericilikdə yüksək hakim vəzifəsi deyilən bir şey yoxdur. Birinci instansiya məhkəməsinin hakimləri, Apellyasiya Məhkəməsinin hakimləri və Ali Məhkəmənin hakimləri var. Yəni qeyd etdiyim kimi yuxarı instansiya məhkəmələrinin hakimləri var. Bunu da mütləq biz gərək qanunvericilik qaydasında nəzərə alaq. Amma gördüyünüz kimi Ali Məhkəmənin xüsusi qaydada təyin olunan üzvlərinə aid tələblər Konstitusiya Məhkəməsinin üzvlərinin təyin olunması ilə bağlı tələblərdən nə qədər sərtdir. Ümumiyyətlə, bir daha hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa görə istisnalara yol verilmr. Yəni ümumi qaydalardan kənar istisnalar hesab olunur ki, bu diskresion səlahiyyətlərin verilməsidir və bu, vətəndaşların qanun qarşısında bərabərliyinin, o cümlədən Konstitusiyanın “qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə etməlidir” tələbinin pozulmasına yol açmış olur. Həm də sui-istifadə hallarına yol açır. Yəni bu, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun tələblərindən ibarətdir”.
Millət vəkili həmçinin diqqətə çatdırıb: “Ona görə də mən təklif edirəm ki, hörmətli Əli Hüseynli bunu qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə etsin. Hesab edirəm ki, belə qayda müəyyən olunmalıdır ki, birinci instansiya məhkəmsində 5 il işləmiş hakim Apellyasiya Məhkəməsinin üzvü təyin oluna bilər, 5 il Apellyasiya Məhkəməsinin üzvü işləyən hakim Ali Məhkəmənin üzvü təyin oluna bilər və ən azı 5 il Ali Məhkəmənin üzvü təyin olunmuş şəxs Konstitusiya Məhkəməsinin üzvü təyin oluna bilər. Yoxsa indiki halda qeyd etdiyim kimi, baxın, 9 Konstitusiya Məhkəməsinin üzvündən cəmi 3-ü hakim işləmiş şəxsdir. Amma Konstitusiya Məhkəməsi Ali Məhkəmənin dediyim kimi qərarlarını ləğv etmək səlahiyyətinə malikdir. Ona görə də bu, daha doğru olar, həm də o istisnaları biz bununla da aradan qaldırmış olarıq. Yox, əgər biz yenə də bu istisnalara yol verəcəyiksə, o halda heç olmasa həm Ali Məhkəməyə, həm Konstitusiya Məhkəməsinə aid tələbləri eyniləşdirmək lazımdır. Burada da hesab edirəm ki, 10 il müddət nəzərdə tutulsa, yəni hüquqşünas ixtisası üzrə 10 il işləmiş şəxslərin təyin olunması daha doğru olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Mart 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri