Icma.az
close
up
RU
Həkim stress səbəbindən siqaret çəkməyin iki təhlükəli nəticəsini açıqladı

Həkim stress səbəbindən siqaret çəkməyin iki təhlükəli nəticəsini açıqladı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Emosional gərginlik zamanı siqaret çəkmək orqanizmi əlavə fizioloji stresə məruz qoyur və bu, ürək-damar fəsadları və xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. 
Demokrat.az
xəbər verir ki, bu barədə gazeta.ru-ya Sankt-Peterburq Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun elmi əməkdaşı, onkoloq və torakal cərrah Mahmud Mortada məlumat verib.
Həkimin sözlərinə görə, siqaretin insanı rahatlaşdırdığı ilə bağlı fikir təhlükəli mifdir. Nikotin beyinə daxil olduqda dopaminin qısa müddətli, lakin kəskin ifrazına səbəb olur və bu da saxta rahatlıq hissi yaradır:
"Fizioloji baxımdan siqaret güclü stimulyatordur. O, qan damarlarını daraldır və ürək döyüntülərinin sayını artırır. Nəticədə orqanizm rahatlıq deyil, əlavə fiziki stress yaşayır".
Onkoloqun sözlərinə görə, böhran vəziyyətində insan fasiləsiz siqaret çəkərək gündə bir qutuya qədər istifadə etdikdə orqanizmini kəskin toksik yükə məruz qoyur.
Nikotin dozasının fasiləsiz daxil olması damarların ciddi spazmına, tənəffüs və həzm sistemlərinin epitel toxumasının, eləcə də damarların daxili qoruyucu qatının zədələnməsinə səbəb olur. Bu isə arterial təzyiqin kəskin dəyişməsi və qan dövranının pozulması ilə nəticələnir:
"Belə stressli siqaret istifadəsi tromb əmələgəlmə riskini də artırır. Bu isə infarkt və insult daxil olmaqla kəskin ürək-damar fəsadlarının riskini dəfələrlə yüksəldir".
Həkim həmçinin bildirir ki, qanda nikotin səviyyəsinin azalması qıcıqlanma, narahatlıq və gərginlik yaradır və insan bunu səhvən həyat stresinin təsiri kimi qəbul edir. Bu narahatlığı aradan qaldırmaq üçün o yenidən siqaretə əl atır və bununla da stress dövrünü təkrarlayır. Nəticədə bu vəziyyət situativ rahatlanmadan xroniki nikotin asılılığına çevrilir.
“Stress dövründə başlayan uzunmüddətli siqaret istifadəsinin ən ağır nəticəsi ağciyər xərçəngi riskinin yüksək olmasıdır. Gündə bir qutu siqaret çəkərək 30 il davam edən siqaret təcrübəsi olan şəxslər risk qrupuna daxildir”, deyə ekspert vurğulayıb.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri