Icma.az
close
up
RU
“Həkimlərimizi tanıyın!” rubrikamızda uşaq nevropatoloqu Mehriban Məmmədovanı təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda uşaq nevropatoloqu Mehriban Məmmədovanı təqdim edirik

Sia Az saytına istinadən Icma.az xəbər verir.

DR.MEHRİBAN MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında uşaqlarda sinir xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, enurezlər, uşaq serebral iflicləri, sinir sisteminin funksional pozğunluqları: nevrozlar, periferik sinir sistemi xəstəlikləri, pleksid, uşaqlarda nitq ləngimələri, motor inkişafın ləngiməsi və digər xəstəliklərin müalicəsi ilə məşğuldur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mehriban-mammadova/.

Dr.Mehriban Məmmədova 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, 2001-2002-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında uşaq nevropatoloqu ixtisası üzrə internatura təhsili almışdır. O, əmək fəaliyyətinə 2004-cü ildə başlamış, 2015-ci ilə qədər müxtəlif dövlət və özəl müəssisələrində uşaq nevropatoloqu kimi çalışmışdır. Mehriban həkim 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq nevropatoloqu kimi fəaliyyət göstərir.

Dr.Mehriban Məmmədova öz üzərində daim çalışan, işlədiyi sahə üzrə bilik və bacarıqlarını təkmilləşdirmək üçün müntəzəm olaraq ixtisasartırma təlimlərində iştirak edən, dünya mətbuatında ixtisasına dair tibbin son nailiyyətlərini izləyən yüksəkixtisaslı mütəxəssisdir.

O, 2010-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Nevropatologiya” üzrə ümumi təkmilləşdirmə kursunda, 2016-cı ildə Bakıda Memorial Ankara Universitetinin təşkilatçılığı ilə “Uşaq Sağlamlığı” mövzusunda təlimdə, 2017-ci ildə Türkiyə Nevroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” simpoziumunda, 2018-ci ildə Azərbaycan Tibb Assossiasiyası və Türkiyə Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada Yeniliklər” mövzusunda VIII simpoziumda iştirak etmişdir.

Həmçinin, Mehriban həkim 2019-cu ildə Beynəlxalq Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə 17-ci UNPSTR Avrasiya konqresində, həmin ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “İmmunpatoloji Xəstəliklər” adlı 1-ci Beynəlxalq konfransda və Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Ailə həkiminin fəaliyyətində Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfransda, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Pediatriyada aktual mövzular: Müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” beynəlxalq elmi konfransda, 2025-ci ildəTürkiyə Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində
keçirilən 61-ci Milli Nevroloji Konqresində iştirak edib.

Dr.Mehriban Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri