Icma.az
close
up
RU
Həkimlərin nəzərinə: sertifikasiya imtahanı ləğv edilir? Açıqlama

Həkimlərin nəzərinə: sertifikasiya imtahanı ləğv edilir? Açıqlama

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin son iclasında deputat Rəşad Mahmudovun çıxışı ictimaiyyətdə geniş rezonans doğurub. O, həkimlərin və ümumilikdə səhiyyə işçilərinin çətin durumda olduğunu vurğulayıb.

Sitat: “Həkimlərin sertifikasiyası imtahanları dünyada mövcuddur. Amma imtahana girmədən əməliyyatın ortasında “etmə, haqqın yoxdur”, deyərək bir tələbin ortaya qoyulması, xəstənin əlindən alınması ciddi təzadlar yaradır. Qanundakı bəzi məqamlar birmənalı olaraq, xəstəxana və tibb müəssisələrinin mexanizminə ciddi zərər vurur. İnkişaf etmiş ölkələrdə heç bir imtahana görə iş fəaliyyəti dayandırılmır”.

Qeyd edək ki, Azərbaycanda həkimlər hər 5 ildən bir sertifikasiya imtahanı verməlidirlər. Məqsəd onların bilik və bacarıqlarının yenilənməsini, müasir tibbi standartlara uyğun işləmələrini təmin etməkdir. Lakin bir çox mütəxəssis hesab edir ki, bu prosesin tətbiqi zamanı müəyyən yumşaqlıq və keçid dövrü nəzərə alınmalıdır. Əks halda, təcrübəli həkimlər sistemdən kənarda qalır və bu, pasiyentlərin tibbi xidmətə çıxışına da təsir göstərir.

Bununla bağlı qanunda dəyişikliklərə ehtiyac varmı? Həkimlər sertifikasiya imtahanından azad edilə bilərmi?

Globalinfo.az-a danışan deputat Məlahət İbrahimqızı lisenziyası ləğv edilən həkimlər üçün qaydaların sadələşdirilməsinin tərəfdarı olmadığını bildirib:

Məlahət İbrahimqızı

“Bəzən həkimin kiçik xətası insan həyatını məhv edir, ailə faciəsi yaşanır. Bu da adətən, həkim səhlənkarlığı və məsuliyyətsizliyindən irəli gəlir. Bu mənada lisenziya verilmə prosedurunun hədsiz dərəcədə sərt olması normaldır. İnsan sağlamlığının keşiyində duran mütəxəssislərdən tələb olunanlar digər sahələrə nisbətən, daha ciddi olmalıdır. Bəzi ölkələrdə həkimlərin iki ildən bir təkmilləşdirmə kurslarından keçməsi tələb olunur. Məsələn, İranda bu, belədir. Sonda oradakı həkimlər imtahan verilməlidirlər. Çünki farmakalogiya, tibb elmi sürətlə inkişaf edir. Bu sahədə çalışanlar da yeniliklərlə ayaqlaşmalıdırlar. Süni intellekt dövründə yaşayırıq və belə halda, tibblə bağlı qanunların yumşaldılması ciddi problemlər yaşadar”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Sovet dövründə də həkimlərin təkmilləşdirilməsi sistemi mövcud idi:

Sərdar Cəlaloğlu

“Onlar hər 2-3 ildən bir ixtisasartırma kurslarına göndərilir, aylarla əlavə təhsil alırdılar. Həkimlərin lisenziyası məsələsinə gəldikdə, aparılan araşdırmalar göstərir ki, bəzi hallarda sənədlərin saxta yollarla əldə edilməsi faktları mövcuddur. Sağlamlıq sahəsində məsuliyyətsizlik və qeyri-peşəkarlığa yol vermək olmaz. Həkimlərin mütəmadi olaraq təkmilləşdirilməsi təmin olunmalı, həm də səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilməlidir”.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu istiqamətdə məhz deputatlar təşəbbüs irəli sürməlidirlər:

Natiq Cəfərli

“Onların belə səlahiyyətləri var. Qanunlara əlavələr, yaxud dəyişikliklər istiqamətində fikirlər bildirə bilərlər. Mübahisəli məsələlər parlamentdə daha detallı şəkildə müzakirəyə çıxarılmalıdır”.

Ləman Hüseynzadə
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri