Icma.az
close
up
RU
Həkimlikdən siyasətə Qalmaqallı keçmiş nazir Bakıya niyə gəlmir? KONKRET

Həkimlikdən siyasətə Qalmaqallı keçmiş nazir Bakıya niyə gəlmir? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsi bir çox şəxsdə və bəzi ölkələrdə narahatlıq doğurmuşdu. Bakının uğuruna sevinməyənlər bunu müxtəlif tərzdə hiss etdirirdilər. Bəziləri Azərbaycana qarşı qarayxma kampaniyası keçirərək narahatlığını aşkar şəkildə nümayiş etdirirdi. Bu şəxslərdən biri də Avropa Komissiyasının hazırkı rəhbəri Ursula von der Leyendir. Onun COP29-la bağlı son bəyanatı da buna bariz nümunədir.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen 2024-cü ilin noyabrın 11-dən etibarən Bakıda keçiriləcək COP29 iqlim sammitinə qatılmayacaq. Onun ofisindən verilən məlumata görə Ursula von der Leyenin bu tədbirdə iştirak etməməsinin səbəbi Brüsseldəki mühüm siyasi öhdəliklərdir. O, dekabrda başa çatacaq yeni Komissiya heyətinin formalaşdırılması və təsdiqlənməsi üzərində işləyir.

Aİ məsuliyyətdən qaçır

Görünür, Aİ məusliyyətdən qaçır. Ursula von der Leyen-in COP29 sammitinə qatılmaması Avropa İttifaqının iqlim dəyişikliyi məsələlərinə yanaşmasında ciddi suallar doğurur. Von der Leyenin bu mühüm beynəlxalq tədbirdə iştirak etməməsi, Avropa İttifaqının bu məsuliyyətləri gözardı etdiyini düşündürür. Bu qərar, onun və rəhbərlik etdiyi qurumun, bəşəriyyətin gələcəyini təhlükəyə ata biləcək iqlim dəyişikliyi kimi ciddi problemləri ciddiyə almadığını göstərir. Dünya, xüsusilə Avropa İttifaqı kimi böyük çirkləndiricilərdən iqlim maliyyəsi və ətraf mühitin qorunması ilə bağlı daha böyük öhdəliklər gözləyərkən, Avropa İttifaqı bu məsələlərdən qaçır. Aİ COP29 sammitində iştirak etməyərək beynəlxalq ictimaiyyətə qarşı etinasızlıq nümayiş etdirir.

COP29-da iştirak etməmək Avropa İttifaqının qlobal ekoloji və iqtisadi ədalət məsələlərində ciddi addım atmadığını göstərir. Avropa İttifaqı, bu sammitdə iştirak etməməklə, həm özünün, həm də digər ölkələrin ekoloji və iqlim sahəsindəki öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşır. Bu isə, Aİ-nin uzun müddət ərzində iqlim dəyişikliyi ilə bağlı etibarını zədələyə bilər. Avropa İttifaqının bu yanaşması onun qlobal iqlim problemlərinə ciddi yanaşmadığını və yalnız öz maraqlarını ön planda tutduğunu göstərir. İqlim dəyişikliyi ilə mübarizə, həm ekoloji, həm də sosial ədalət məsələsi olduğundan Aİ-nin məsuliyyətdən yayınması ciddi narahatlığa səbəb olur.

Ursula von der Leyen almaniyalı siyasətçi və Avropa Komissiyasının hazırkı rəhbəridir. O, 1958-ci ildə Belçikanın Brüssel şəhərində anadan olub. Əsl adı Ursula Gertrud Albrechtdir. Siyasətə gəlməzdən əvvəl o, tibb təhsili alıb və həkim kimi işləyib. Onun atası da siyasətçidir. Ursula von der Leyen Almaniyada müxtəlif hökumət vəzifələrində, o cümlədən ailə, əmək və müdafiə naziri kimi fəaliyyət göstərib.

Ursula von der Leyen 2019-cu ildə Avropa Komissiyasının prezidenti seçilərək bu vəzifəni tutan ilk qadın olub. Bu rolda o, Avropa İttifaqının müxtəlif məsələlərini, xüsusilə də COVID-19 pandemiyasına qarşı cavab tədbirlərini, iqlim dəyişikliyi ilə mübarizəni və rəqəmsal transformasiya təşəbbüslərini idarə etməkdə əsas rol oynayıb.

Ursula von der Leyen Almaniyada müdafiə naziri olduğu dövrdə onun ordunun təchizatında və idarəçiliyində olan problemlərə görə tənqid edilib. Xüsusilə, hərbi təchizatın çatışmazlıqları və ordunun modernləşdirilməsində ləngimələr narazılıqlara səbəb olub. Həmçinin, nazir olaraq məsləhətçi şirkətlərlə müqavilələr bağladığı və bunun üçün büdcədən xeyli vəsait mənimsəndiyinə dair iddialar irəli sürülüb.

Onun Avropa Komissiyasına rəhbərlik etdiyi dövrdə üzv ölkələr tərəfindən tənqid olunub. Buna səbəb COVID-19 pandemiyasının ilkin mərhələlərində vaksin tədarükü və paylanması məsələlərində problemlər və gecikmələr yaşanmasıdır. Bəziləri onun rəhbərliyini qeyri-şəffaf və bürokratik qərarlar qəbul etməkdə günahlandırır.

Ursula von der Leyenin Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi kontekstində enerji siyasəti ilə bağlı bəzi qərarları da müzakirələrə səbəb olub. Onun enerji siyasətinə dair bəzi qərarları Avropa İttifaqı daxilində qiymət artımları və enerji çatışmazlığı ilə bağlı narahatlıq doğurub.// Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri