Icma.az
close
up
RU
Hələbdə erməninin ölməsi, ABŞdakı erməni ürəyini hərəkətə keçirdi:EXCnin bəyanatı

Hələbdə erməninin ölməsi, ABŞdakı erməni ürəyini hərəkətə keçirdi:EXCnin bəyanatı

Icma.az, Adelet.az saytına istinadən bildirir.


Xəbər verdiyimiz kimi, Suriyada üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib.Hələbdə nəzarəti tam ələ keçirən müxalif Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatınını davam etdirirlər. 


Hələbdə baş verənbu toqquşmalarda təsadüfən bir erməni də ölüb.
Erməni mediası yazır ki, ixtisasca həkim, 1958-ci il təvəllüdlü Yervand Arslanyan Hələbdən çıxarkən snayper gülləsindən ölüb.
O, Həma xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Adalet.az xəbər verir ki, bu məlumatdan hədsiz təsirlənən “Erməni Xaç Cəmiyyəti” adlandırılan (Ermənilərə Yardım Cəmiyyəti )  bəyanat verib. Bəyanatda bildirilir ki, Hələb ermənilərinə dəstək verməyə hazırıq:” EXC-nin böyük ailəsi adından biz Hələb ermənilərini dəstəkləməyə hazır olduğumuzu bildiririk, bütün erməni ictimaiyyətinin Hələbdəki erməni bacı və qardaşlarımızı dəstəkləmək üçün eyni istəyi nümayiş etdirəcəyinə qəti inanırıq. EXC-nin ürəyi Hələb ermənilərinə çatır”.


Qeyd edək ki, Ermənilərə Yardım Cəmiyyəti , müstəqil xeyriyyə təşkilatıdır. 1910-cu ildən fəaliyyət göstərir. Qərargahı ABŞ-dadır. Fransa , Yunanıstan , İraq , Misir , Bolqarıstan , İran , Rumıniya , Suriya , Livan filialları təşkilatın Amerika mərkəzi ətrafında birləşib . Təşkilatın vəsaiti ilə erməni məktəbləri, ruhani seminariyalar, səhiyyə ocaqları və s. İkinci Dünya Müharibəsi illərində ( 1939-45 ) filiallar beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq edirdi. 1946-cı ildə təşkilat Ermənilərə Yardım Cəmiyyəti adlandırıldı. 1960-cı illərdən başlayaraq diasporun sosial-iqtisadi özünütəsdiqi şəraitində Ermənilərə Yardım Cəmiyyətinin əsas vəzifəsi erməni ümumtəhsil və birgünlük məktəblərin yaradılmasıdır. 1980-ci illərin ortalarında o, müxtəlif ölkələrdə 90-a yaxın erməni orta məktəbinin maliyyələşdirilməsində iştirak edib, 70-dən çox birgünlük məktəbə sponsorluq edib. Ermənilərə Yardım Cəmiyyəti hər il erməni tələbə və şagirdlərə 3000 təqaüd verir. Gerbində "erməni ürəyinin  canlandıran birliyin rəsmi qəzetinin  “Erməni ürəyi” dir . Ermənilərə Yardım Cəmiyyəti 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən zərər çəkmiş Ermənistana yardım göstərir. 1990-cı ildən Ermənistanın müxtəlif şəhərlərində öz filiallarını təşkil edib .

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri