Icma.az
close
up
RU
Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub

Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev təmsil etdiyi qurumun layihələri barədə məlumat verib, Finlandiyadakı icmanın və Azərbaycan Evinin diaspor siyasətinə verdiyi töhfələri dilə gətirib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin mədəniyyətimizin və tariximizin təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev Skandinaviya ölkələrindəki icmalarımızın fəallığından və Azərbaycan Evinin uğurlu işindən danışıb.

Azərbaycan evinin və məktəbinin fəaliyyəti barədə məlumat verən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova Finlandiyadakı Azərbaycan icmasına göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Aytən Bəşirova şagirdlərin ana dilində təhsil almağa böyük maraq göstərdiklərini və onların sıralarının get-gedə daha da genişləndiyini bildirib.

Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərinin xüsusi proqramla çıxışından sonra “Bülbül” ana dili kitabı təqdim olunub. Kitabın müəllifi, Londonda yaşayan soydaşımız Emiliya Cəbrayılova yeni nəşr haqqında məlumat verib.

Görüş iştirakçıları belə bir kitabın hazırlanmasını müsbət qiymətləndirib, kitabın azərbaycanlı uşaqların ana dilini öyrənmələrinə xüsusi töhfə olduğunu qeyd ediblər.

İcma görüşündə Skandinaviya AKŞ-nin Finlandiya üzrə yeni koordinatoru seçilib.

Sonra “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Təranə Nəzərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Xatırladaq ki, bu gün dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri