Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Həm ABŞ, həm də Rusiya Cənubi Qafqazda sülh müqaviləsinin öz vasitəçiliyilə imzalanmasına çalışır

Həm ABŞ, həm də Rusiya Cənubi Qafqazda sülh müqaviləsinin öz vasitəçiliyilə imzalanmasına çalışır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır. Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb. “Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik məsələləri üzrə müşaviri cənab Hikmət Hacıyevlə (Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri -red.) danışdım. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq,” deyə Mayk Uolts bildirib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə gələndən sonra dünya siyasəti tamamilə başqa rakursdan çıxış etməyə başladı. Politoloqun fikrincə, Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün ciddi addımlar atır.

Elşad Həsənov

“Ümumiyyətlə, müharibələrin dayandırılması Donald Trampın marağındadır və bu haqda o seçki öncəsi də bildirmişdi. Cənubi Qafqazda da sülhün əldə olunması üçün ABŞ çoxdandır ki, müəyyən çağırışlar edir. Bu istiqamətdə son zamanlar atılan addımlar öz müsbət nəticəsini verir. Belə ki, artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni tam razılaşdırılıb. Bu haqda Ermənistanın baş naziri Paşinyan həm İran, həm də Rusiya prezidentlərinə zəng edərək məlumat verib. Eyni zamanda Fransa prezidentinə zəng edərək məlumat verdi ki, artıq biz sülh mətni ilə tam razılaşmışıq və sülh müqaviləsini bağlamağa hazırıq. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da məlumat verdi ki, bəli, sülh mətni tam razılaşdırılıb. Ancaq Azərbaycan prezidenti bildirdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir və ATƏT-in Minsk qrupunun ləğv olunması üçün Ermənistan da Azərbaycanla birgə müraciət etməlidir. Yəni bu məsələlər hələ də qalıb.

Biz bilirik ki, Ermənistan real Konstitusiyasını 2026-cı ildə referenduma çıxaracaq. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da öz çıxışında Hikmət Hacıyevlə danışığı zamanı məsələlərin son zamanlar çox sürətlə getdiyini bildirib. Bayden dönəmində Blinken çox çalışırdı ki, bu sülh sazişi tez imzalansın və ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilsin. Ancaq digər tərəfdən də Cənubi Qafqazdan gözünü çəkməyən və öz qoşununu Ermənistandan çıxarmayan Rusiya da bu sülh müqaviləsini, məhz Rusiyanın vasitəçiliyi ilə olmasını istəyir. Bu səbəbdən də martın 15-i Rusiya prezidenti Azərbaycan prezidentinə zəng edib, regional məsələləri müzakirə edib və sonra da Azərbaycan prezidenti Böyük Vətən müharibəsinin qələbəsinin 80 illiyi tədbirində iştirak etmək üçün Moskvaya dəvət edib. Martın 16-da Rusiyanın nəhəng siyasətçilərindən biri olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana səfərə gəldi. Bu gün də Azərbaycan prezidenti ilə nümayəndə heyəti ilə birlikdə görüş keçirildi. Bütün bunlar onu göstərir ki, burada sülhün bağlanmasında həm Rusiya, həm də ABŞ maraqlıdır. İstəyirlər ki, onların vasitəçiliyi ilə bu müqavilə bağlansın.

Donald Tramp söz vermişdi ki, qısa müddətdə Rusiya-Ukrayna müharibəsini dayandıracaq və sülh müqaviləsi bağlanacaq. Ancaq sülh müqaviləsinin bağlanması hələ yaxın zamanda görünmür. Putinlə ikinci telefon danışığında müəyyən məsələlərə nail olması, yəni ilk növbədə Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunmasına çalışacağını bildirən Donald Tramp, görək buna nail ola biləcəkmi?”-deyə Elşad Həsənov qeyd edib.

Politoloq vurğulayıb ki, artıq Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni tam razılaşdırılıb və bu haqda da hər iki tərəf məlumat verib. Ona görə də ABŞ da çalışır ki, deməli, bu müqavilənin sülh müqaviləsinin bağlanmasına vasitəçi olsun.

Elşad Həsənov qeyd edib ki, Cənubi Qafqazda sülh üçün ən çox çalışan Azərbaycandır: “Azərbaycanın torpaqları 30 ildən artıq müddət işğal altında qaldı. Tarixi və mədəni abidələri darmadağın edildi. Yəni bütün bu hadisələrdən sonra sülh Azərbaycana lazımdır. Azərbaycan öz gücü sayəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qərarını özü icra etdi və öz torpaqlarını düşmən tapdağından azad etdi, həm də öz ərazi bütövlüyünü təmin etdi. Müharibə bitəndən sonra da sülh sazişinin təklifini Azərbaycan irəli sürüb və bu gün də Azərbaycanın istədiyi kimi beynəlxalq hüquq normalarına uyğun olaraq həmin sülh mətni razılaşdırılıb”.

Politoloq hesab edir ki, bu müqavilə Ermənistanın Konstitusiyasında dəyişiklik olandan sonra imzalanacaq.

“Yəni bunu tez-tələsik nə Rusiyanın təsirindən, nə də ABŞ-ın təsirindən bağlamağa heç bir lüzum yoxdur. Biz gözləməliyik. Dayanıqlı və davamlı sülh müqaviləsi bağlanmalıdır”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri