Icma.az
close
up
RU
HƏMAS ın həbsxanalarında nə baş verir: Azad edilən israilli məhbusdan şokedici AÇIQLAMALAR

HƏMAS ın həbsxanalarında nə baş verir: Azad edilən israilli məhbusdan şokedici AÇIQLAMALAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

HƏMAS ilə İsrail arasında məhbus mübadiləsinin üçüncü turunda israilli məhbus Agam Berger sərbəst buraxılıb. 

“Cebheinfo.az” xəbər verir ki, israilli məhbus Agam Berger "Yediot Ahronot" qəzetinə açıqlamasında Qəzza zolağında əsirlikdə olduğu müddətdə HƏMAS-ın “Əl-Qəssam” Briqadasının üzvlərinin ona müxtəlif əşyalar, o cümlədən yəhudilərin gündəlik dua kitabı olan "Siddur" verdiyini bildirib. “Əl-Qəssam” Briqadası üzvlərinin bu əşyaları onlara paylamasından təəccübləndiklərini deyən Berger "Necə baş verdiyini bilmirik, amma bizə dua kitabı da daxil olmaqla bəzi əşyalar gətirdilər. Bu, sadəcə bir təsadüf deyildi, tam ehtiyac duyduğumuz anda ortaya çıxdı",- deyib. 

Berger dostları ilə birlikdə radio və televiziya izləyərək yəhudi bayramlarının hansı tarixdə qeyd ediləcəyini müəyyənləşdirdiklərini, Pasxa bayramını qeyd edə bildiyini və mayalı çörək yeməkdən imtina etdiyini bildirib:

"Qarğıdalı unu istədim, gətirdilər".

Onu əsir götürənlərin “mömin əsirlərə” hörmət etdiyini vurğulayan Berger Yom Kippur və Ester oruclarını tuta bildiyini qeyd edib. Digər tərəfdən, İsrailin "Maariv" qəzetinə də açıqlamasında Berger əsirlikdə olarkən Şabatı (yəhudilərin müqəddəs günü olan şənbə) qeyd edə bildiyini deyib: 

“Vaxt vardı, “Əl-Qəssam” Briqadasının üzvləri Şabatdan əvvəl bizə şam gətirirdilər". 

Qəzza zolağındakı əsirlərdən israilli qadın əsgər Agam Berger, Arbel Yehud, 80 yaşlı mülki məhbus Qadi Moses və 5 taylandlı yanvarın 30-da keçirilən məhbus mübadiləsinin üçüncü turunda sərbəst buraxılıb. 

Qeyd edək ki, HƏMAS ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi razılaşması yanvarın 19-u qüvvəyə minib. Razılaşmanın bir hissəsi olaraq, yanvarın 27-də Qəzza zolağında fələstinlilərin cənubdan şimala keçməsi üçün Netzarim dəhlizi açılıb və İsrail ordusu fevralın 9-da Netzarim dəhlizindən geri çəkilib. Qəzza zolağı ilə Misir arasındakı Refah sərhəd keçid məntəqəsi İsrail ordusunun 8 aylıq işğalından sonra xəstələr və yaralıların təxliyəsi üçün fevralın 1-də açılıb. 

Əsir mübadiləsinin ilk 6 turunda İsrail həbsxanalarında olan 1135 fələstinli ilə Qəzzada 19 israilli və 5 tailandlı məhbus azad edilib. Üç mərhələdən ibarət olacaq atəşkəs razılaşmasına əsasən, 42 günlük ilk mərhələdə ümumilkdə33 israilli və 1900-dən çox fələstinli məhbusun azad ediləcəyi gözlənilir. 

Nigar 
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri