HƏMAS İsrailin 600 fələstinli məhbusu təhvil verdiyini açıqlayıb
Icma.az bildirir, Missiya.az portalına istinadən.
İsrail 600 fələstinli məhbusu təhvil verib.
Missiya.Az xəbər verir ki, bu barədə HƏMAS “Teleqram” kanalında məlumat yayıb.
“Xalqımız İsrail işğalçılarının azadlığa buraxılmasını gecikdirdiyi 600 qəhrəman məhbusunu alqışlayır. Biz işğalçıların Qəzzada atəşkəs razılaşmasından yayınmasının qarşısını almaq üçün düşmən girovlarının cəsədlərinin təhvil verilməsi prosesini qəhrəman əsirlərimizin azad edilməsi ilə sinxronlaşdırdıq”, - deyə vurğulanıb.
HƏMAS atəşkəs razılaşmasına sadiqliyini və onun bütün şərtlərinə əməl etmək niyyətini bir daha təsdiqləyib.
"Biz sazişin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamağa hazır olduğumuzu təsdiqləyirik və Qəzza zolağında girovların azad edilməsinin yeganə yolunun danışıqlar və razılaşmanın həyata keçirilməsindən ibarət olduğunu bir daha bildiririk", - deyə qeyd olunub.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















