Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Həmid Herisçi: Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... Müsahibə

Həmid Herisçi: Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... Müsahibə

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Orxan Həsəninin şair Həmid Herisçi ilə "Azərbaycan ədəbiyyatında bədii redaktorların rolu" barədə müsahibəsini təqdim edir.


– Gəncliyinizdə Xalq yazıçısı Mirzə İbrahimovun katibi vəzifəsində çalışmısınız. Mirzə İbrahimovun fərdi redaktoru var idimi? Həmin dövrdə müəllif, redaktor, nəşriyyat münasibətləri necə idi?
– Univeristetin dördüncü kursunda oxuyurdum. Məni Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Güney Azərabycan şöbəsinə işçi kimi qəbul etdilər. Şübhəsiz ki, atamın güneyli olmağının burada rolu var idi, ancaq mən özüm də az deyildim. Orada Mirzə İbrahimovla birgə işlədiyim zaman bədii mətnin redaktorluğunu öyrəndim. Öyrəndim ki, bədii mətnin korrektoru, oxucusu, rəssamı olmalıdır. Bunlar hamısı vacib məsələlərdir və Mirzə müəllim bunların hamısına diqqət edirdi. Onun həm Rusiyada, həm də Azərbaycanda kifayət qədər usta redaktorları var idi. Bununla belə xatırladım ki, bizim məşhur yazıçımız Əkrəm Əylislinin Tatyana Kalyagina kimi təcüməçisi olub. Hər yazıçının bəxtinə belə tərcüməçi düşmür. Fikir versəniz görərsiniz ki, Əkrəm Əylisliyinin rusca tərcüməsi Azərbaycan dili ilə müqayisədə daha şirin təsir bağışlayır.

– Rus dilində daha şirindir?
– Bəli, məhz rus dilində. Onun Azərbaycan dilində olan şirin mətni rus dilində şipşirindir. Rəhmətlik Rafiq Tağı “şipşirin nəsr” ifadəsini çox sevərdi. Tatyana Kalyagina təkcə tərcüməçi yox, həm də redaktor idi və o, Əkrəm Əylislini çox gözəl redaktə edib, bir çox ifadələrini dəyişib, hətta onun sintaksisinə müdaxilə edib. Əgər siz Əkrəm Əylislini həm Azərbaycan dilində, həm də rus dilində oxusanız, bu mətnlər sizə bir-birindən fərqli görünəcək. Adlarını əzbərdən deyə bilməsəm də, Mirzə İbrahimovun Tatyana Kalyagina kimi tərcüməçi-redaktorları var idi.

Ümumiyyətlə, gəlin etiraf edək ki, Sovet dövrü redaktorlar dövrüdür, müəlliflər dövrü yox. Onlar görünməyən ədəbiyyat fədailəri idilər. Televiziyaya, nəşriyyata, qəzet-jurnallara gedirdin, hərəsində 20-30 redaktorla rastlaşırdın. Gərək mətnlə rəftar edə biləsən, lazım gəlsə, onu qısaldasan. Qısaltmaq... bəli, bu çox vacib məsələdir. Bilirsinizz, bədii mətndə hər bir müəllifin nöqsanları olur. Nöqsan, bəlkə də, yaxşı bir bədii xüsusiyyətdir. Ədəbi mətndə əksik ola bilər, əsas odur artıq olmasın. Artıq söz bədii mətndə dağıdıcı təsir göstərə bilər. Sovet dövrünün redaktorları bu artıqları götürürdülər.

– Azərbaycanda yazıçılıq məktəbi müstəqillik dövründə qorunub saxlansa da, redaktorluq məktəbi davam eləmədi. Müəllif olaraq yaxşı bədii redaktorlar axtarıb tapa bilmirik. Redaktorluq məktəbinin müstəqillik dövründə davam etməməsinin səbəbi nədir?
– Keçid dövründə Sovetin bir çox nailiyyətlərini itirdik. Onlardan da biri redaktorluq məktəbidir. Təkcə ədəbiyyatda yox, eləcə də teatrda, kinoda redaktorsuz keçinməyə məcbur qaldıq. Müəllif hər zaman ipə-sapa yatmır, ambisiyaları həddən artıqdır, bayaq ifadə etdiyimiz kimi “artığı” çoxdur. Redaktorlar bu artıqları götürürdülər, indi kinoda da, nəsrdə də, şeirdə də, teatrda da bunu edən yoxdur. Müəlliflər azad olublar və indi məlumdur ki, əsərdəki azad müəllif çox təhlükəlidir. Azad müəllifin böyük əsər ortaya qoya bilməməsi fikri sınaqdan keçib.

Gəlin, biz xarici ədəbiyyatdakı nümunələrə toxunaq. 2016-cı ildə çəkilən “Dahi” adlı bir filmdən danışmaq istəyirəm. Bu, Amerika ədəbiyyatının məşhur redaktoru Maksvel Perkins haqqındadır. Filmin ssenari müəllifi Con Loqan, rejissor Maykl Qrandeygdir. Bu tarixi filmə baxandan sonra məlum olur ki, ümumiyyətlə, əvvəllər Amerika ədəbiyyatı mövcud olmayıb, 1920-ci ildə Maksvel Perkins adlı yazıçı bir gün Filadelfiya şəhərindəki “ağ adamları” yığır və təklif edir ki, mən səhmdar cəmiyyət düzəldirəm, Amerika ədəbiyyatını yaradacam, siz də mənə maliyyə ayırın və bundan qazanın. Tomas Vulf, Ernest Heminquey, Frensis Skott Fitscerald, Con Steynbek yarada bilsin deyə, Maksvel Perkins daxilindəki ambisiyalı yazıçını öldürür.

Təsəvvür edin, özündənrazı yazıçı əlində 400-500 səhifəlik romanlarla gəlir. Bu mətnlər redaktə olunur. Bizə elə gəlir ki, Amerika ədəbiyyatı öz-özünə yaranıb, yox, belə deyil. Amerika ədəbiyyatını da, Sovet ədəbiyyatını da redaktorlar yaradıblar. Ümumiyyətlə, ədəbiyyatı redaktorlar yaradır.

– Müasir Azərbaycan ədəbiyyatının redaktoru kimdir?
– Müasir Azərbaycan ədəbiyyatının redaktoru yoxdur. Bu gün azərbaycanlı naşirlər özləri haqqında çox yüksək fikirdədilər və buna görə də redaktorluq məktəbi yaranmır. Müəyyən yazıçıları işə götürdülər ki, guya onlar redaktor olacaqlar, ancaq bu alınmayacaq. İndi həqiqi redaktorların yerini ambisiyalı müəlliflər tutub. Redaktor özünü qurban verəndir.
– Yazıçı özü-özünün redaktoru ola bilərmi?
– Mən indi hiss edirəm ki, ən yaxşı yazılarım hansılardır. Fikir vermişəm, vaxtında yazdığımın yarısını sildiyim mətnlər bu gün mənim daha çox xoşuma gəlir. Sağ əl yazırsa, sol əl pozmalıdır. İndi Azərbaycanda vəziyyət elə gətirib ki, yazıçının bir əli yazıçılıqla, digəri redaktorluqla məşğul olmalıdır. Təəssüf ki, mənim heç vaxt redaktorum olmayıb.

– Azərbaycanda yaxşı bədii redaktorların yetişməsi üçün nə lazımdır?
– Nəşriyyat sistemi. Bu günün ədəbiyyatının naşirlər yaradır. Məsələn, Stiven Kinq 200-dən artıq romanın müəllifidir. Bunu təkcə özü yazmır. Fiziki olaraq bu mümkün deyil. Bu ad - Stiven Kinq sadəcə brenddir. 4-5, bəzən 10-15 redaktor yetişir və müəllifin adı ilə kitablar yazırlar.

Daha bir filmə müraciət edək. Roman Planskinin “Adsız qəhrəman”ı. Filmdə deyilir ki, bir çox məşhur əsərlərin, bioqrafiyaların müəllifləri kitabın üstündə adı yazılanlar deyil. Bunları əslində “ədəbi zəncilər” yazıblar.

Nəşriyyatlar əvvəl redaktorları başına yığıb onları yetişdirməlidir və daha sonra yazıçılar bu redaktorların vasitəsi ilə yetişməlidir. Nəhayət, bədii əsərlərdən hamı qazanmalıdır. Maksvel Perkins müəlliflərə gündə beş dollar və iki köməkçi verirdi ki, onlar gündə on səhifə yazsınlar. O, pulu yalnız saat beşdə verirdi və müəllif on səhifəni bitirəndən sonra beş dollarını götürüb, pivə içməyə yollanırdı. Amerika ədəbiyyatı belə yaranıb.

Heminqueyin müəllifi olduğu "Əlvida, silah" romanının əlyazması 500 səhifə idi. Perkins onu qısaldanda aralarında mübahisə yaranmışdı. Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir; ağrılıdır.
– Bu gün fürsət olsa, hansı müəllifləri redaktə edərsiniz?
– Mən düşünürəm ki, dünya ədəbiyyatının getdiyi istiqamət minimalizmdir. Sabir Əhmədlinin çox sevsəm də, cümlələri çox uzundur. Eləcə də İsa Hüseynov. Bu nəsr dili, məncə, arxaikləşir, dövrlə uyğunlaşmır. O vaxt lazım idi bu nəsr, indi yox. Bu gün orta əsrlər dekorasiyasında kənd nəsri ilə yazmaq mümkün deyil.

– Bəs öz mətnləriniz necə?
– Əlbəttə, hesab edirəm ki, mənim redaktorum olmalı idi. Bəli, dəyişiklik edərdim. Ancaq bu problem tək mənim yox, hamının problemidir.

Həmid Herisçi bu müəlliflərə 20 il əvvəl izah eləməyə çalışırdı. Çalışırdı ki, nə olar, nə olmaz. Mən redaktor deyildim, müəllim idi. Faciəm odur ki, gərək müəllimlik yox, redaktorluq edərdim. Bunu Təbrizdə anladım. Orada bir çox müəllifin şeirlərini oxudum, yaxşı şeirlər idi, ancaq çox uzun idilər.

Fotolar: İlkin Nəbiyev

Təhsilini yarımçıq qoyub sevgilisi ilə yaşayan yazıçı - O, hansı romanı ilə dünyaya səs salmışdı? 17 yaşında 7 aylıq hamilə qız öz toyunda niyə öldü? Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri