Icma.az
close
up
RU
Həqiqətən itin 1 ili insanın 7 ilinə bərabərdir? ARAŞDIRMA

Həqiqətən itin 1 ili insanın 7 ilinə bərabərdir? ARAŞDIRMA

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Geniş yayılmış fikrə görə, itin yaşını insan illəri ilə hesablamaq üçün onun yaşını 7-yə vurmaq kifayətdir. Məsələn, 3 yaşlı it şərti olaraq 21 yaşlı insana bərabər sayılır. Lakin əslində bu formulun reallıqla demək olar ki, heç bir əlaqəsi yoxdur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science” nəşri yazır.

Kaliforniya Universitetinin San-Dieqo Tibb Məktəbinin və "Moores” Xərçəng Mərkəzinin professoru Trey İdeker 2020-ci ildə verdiyi açıqlamada "itin yaşı × 7 = insan yaşı” formulunun ümumiyyətlə məntiqsiz olduğunu bildirib. O qeyd edib ki, itlər artıq 9 aylığında cinsi yetkinliyə çatır, halbuki bu formul üzrə insanda həmin dövr hələ erkən uşaqlıq mərhələsinə təsadüf edir.

Professor İdekerin fikirləri təsadüfi deyil. O, uzun müddət "epigenetik saat” adlanan anlayışı — yəni orqanizmin xronoloji deyil, bioloji yaşını — araşdırıb. Əvvəlcə insanın bioloji yaşı ilə maraqlanan alim sonradan bu yanaşmanı itlərin yaşının hesablanmasına da tətbiq edib.

Araşdırma çərçivəsində İdeker və həmkarları yaşı 1 aydan 16 ilə qədər olan 104 itin — əsasən labrador-retriverlərin — genetik göstəricilərini təhlil ediblər. Daha sonra bu məlumatlar yaşı 1-dən 103-ə qədər olan 320 insanın göstəriciləri ilə müqayisə olunub.

Müqayisə göstərib ki, itlərin və insanların bioloji yaşları arasındakı əlaqə xətti deyil. Həyatın ilkin mərhələsində itlər çox sürətlə yaşlanır və bu sürət "7-yə vurma” qaydasından xeyli yüksəkdir. Sonrakı dövrlərdə isə yaşlanma prosesi xeyli yavaşıyır.


Tədqiqatçılar itin yaşını "insan illəri” ilə hesablamaq üçün kifayət qədər mürəkkəb bir formula təklif ediblər. Bu formul gündəlik istifadə üçün əlverişli olmasa da, daha real hesab olunur. Həmin yanaşmaya görə, 1 yaşlı it təxminən 30 yaşlı insana, 4 yaşlı it təxminən 52 yaşlı insana, 9 yaşlı it isə şərti olaraq 66 yaşlı insana uyğun gəlir.

Bununla belə, tədqiqat əsasən labrador-retriverlər üzərində aparıldığından, bu formulun digər it cinsləri üçün nə dərəcədə keçərli olacağı hələ də sual olaraq qalır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Yanvar 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri