Zirehli avtomobillər həqiqətən sui qəsdlərin qarşısını ala bilir? ARAŞDIRMA
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Tarixdə siyasətçilərə qarşı baş verən bir sıra sui-qəsdlər göstərib ki, bu hadisələr avtomobilin markası və ya modeli ilə deyil, dövrün təhlükəsizlik anlayışı ilə birbaşa bağlı olub.
Avotsfer.az xəbər verir ki, xüsusilə XX əsrin ortalarına qədər bir çoxdövlət başçıları ictimaiyyətə daha yaxın görünmək məqsədilə üstüaçıq və ya yarıaçıq avtomobillərdən istifadə edirdi. Bu isə təhlükəsizlik baxımından ciddi risklər yaradırdı.
1963-cü ildə ABŞ prezidenti Con F. Kennedinin Dallasda üstüaçıq avtomobildə hərəkət edərkən öldürülməsi bu baxımdan dönüş nöqtəsi oldu. Həmin dövrdə liderlərin zirehli avtomobillərdən istifadə etməsi nə texniki baxımdan geniş yayılmışdı, nə də siyasi baxımdan arzuolunan sayılırdı. Avtomobil kolonnaları yavaş hərəkət edir, marşrutlar öncədən geniş ictimaiyyətə məlum olur, təhlükəsizlik parametrləri isə bugünkü standartlarla müqayisədə olduqca zəif idi.
Mütəxəssislərin fikrincə, keçmişdə baş verən bu cür hadisələrdə əsas problem avtomobilin “asan hədəf” olması yox, liderin açıq şəkildə nümayiş etdirilməsi idi. Yəni risk yaradan faktor nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri deyil, təhlükəsizlik konsepsiyasının formalaşmamış olması idi.
Məhz bu hadisələrdən sonra dövlət və hökumət başçıları üçün istifadə edilən avtomobillərə yanaşma tamamilə dəyişdi. Bu gün yüksək vəzifəli şəxslər üçün avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil, kompleks mühafizə sisteminin bir hissəsidir. Müasir dövlət avtomobilləri qapalı salon, xüsusi möhkəmləndirilmiş konstruksiya, əlavə təhlükəsizlik texnologiyaları və peşəkar müşayiətlə birlikdə hərəkət edir.
Araşdırmalar göstərir ki, indiki dövrdə “sui-qəsd üçün daha əlverişli avtomobil” anlayışı faktiki olaraq mövcud deyil. Təhlükəsizlik zəif qurulduqda istənilən vasitə riskli ola bilər, güclü sistem qurulduqda isə ən adi avtomobil belə təhlükəsiz platformaya çevrilir.
Tarixdən çıxarılan əsas nəticə budur: siyasətçilər üçün təhlükə avtomobildən yox, onu necə və hansı şəraitdə istifadə etmələrindən doğur. Elə buna görə də bu gün dünya üzrə dövlət protokollarında açıq avtomobillər artıq istisna hal kimi qalır.
Eltac Zülfüqaroğlu
Oxunub 20
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















