Icma.az
close
up
RU
Hər ay bank kartlarından 2 milyon manat oğurlanır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Hər ay bank kartlarından 2 milyon manat oğurlanır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Səadət Məmmədova, jurnalist:

- Xalq artisti, əzizimiz Nəzakət Teymurova peşəkarlıq səviyyəsini hər zaman yüksəkdə saxlamağı bacarır. Ona bu işdə peşəkar sənətkarlardan ibarət komandası da dəstək verir. Təbii ki, incəsənət təkbaşına fəaliyyət deyil. Əliağa Sədiyev, Şirzad Fətəliyev və digərləri səhnədə Nəzakət xanımın qüsursuz performansını yüksək zövqlə tamamlayırlar. Orkestr isə... bir ayrı aləmdir. Bakı Kamera Oskestri və baş dirijor Fuad İbrahimov hansı səhnəyə çıxsa, oranın yaraşığı olur. Amma bu gözəlliyin pərdəarxası da var, orkestrlə ifa olunan əsərləri, milli musiqiləri və xalq mahnılarını simfonik ifa üçün işləyən, oskestrləşdirən bəstəkar Ceyhun Allahverdiyevdir. Bu repertuar yeni deyil və Nəzakət xanım onu səhv etmirəmsə, Bakıda 2 dəfə, xarici ölkələrdə bir neçə dəfə ifa edib. Bakıdakı ilk konsertdə canlı iştirak etməmişdim, amma bütün süjetləri izləmişdim. Birinci konsertdən sonra böyük bəstəkar rəhmətlik Arif Məlikovun müsahibəsini dinləmişdim. Ceyhun Allahverdiyevi ilk dəfə həmin vaxt onun dilindən eşidib tanımışdım. Arif müəllim təxminən belə dedi ki, bu işləmələrin hamısı tələbəm Ceyhunundur, onunla fəxr edirəm.

Bəli, Ceyhun müəllim ifaçı olmadığı üçün kütləvi mənada məşhur deyil. Şou əhlindən uzaq təvazökar insan, akademik musiqiçi, peşəkar bəstəkardır. Bizim Ülvinin də sənət müəllimidir. Ona görə yaxşı tanıyıram. Dünənki möhtəşəm gecədə səslənən əsrarəngiz osketrləşmə məhz ona məxsusdur və buna görə Ceyhun Allahverdiyevə böyük təşəkkürlər!

Nəzakət xanımın dünənki performansı isə ayrıca bir dastandır. Çox mükəmməl idiniz, gözəl və əziz ağdamlı qız.

Nəzakət xanım böyük səhnədə yaddaqalan konsertlər verən qadın sənətkarlar içində ən məhsuldarıdır. Onun son 15 ildəki konsertlərinin demək olar hamısında olmuşam. Hamısı xüsusi konseptlə hazırlanmış, üzərində ciddi əziyyət çəkilmiş, aylarla tər tökülmüş tərtibat və ifa ilə yadımda qalıb.

Ümumiyyətlə, muğam ifaçıları intensiv konsert vermirlər. Əlbəttə ki, burada peşəkar komanda işi, prodüserlər, sponsor və s. lazımdır. Bunun üçün adamın gərək bir az toydan da başı açılsın. Bu yerdə deyim ki, Əməkdar artist Əliağa Sədiyev təkcə tarzən deyil, Nəzakət xanımın konsertlərinin prodüserliyindən tutmuş texniki təşkilatçılığına qədər hər işlə şəxsən məşğul olur və nəticədə ortaya YAXŞI İŞ çıxır. Hər konsert vermək istəyən xanəndənin Əliağa kimi canıyanan sağ əli olmalıdır. Amma cəhd göstərmək lazımdır, cavan və orta nəsil xanəndələr fəallaşsa, yaxşı olar. Dəstgahlar unudulur. Əksəriyyəti efirlərə çıxıb təqdim etdikləri toy repertuarından o yana keçə bilmir. Hansı özündən deyən cavan və ya orta nəsil xanəndənin bir muğam dəstgahı konsertini görmüşük?! Son illərdə yalnız Fərqanə Qasımovanın belə konsertini xatırlayıram. Bəlkə olub, mən bilmirəm.

Yeri gəlmişkən, muğamsevərlərin çox bəyəndiyi layihələrdən biri də Arif Babayev və tələbələrinin birgə ifasında muğam dəstgahları idi - Cahargar, Şur və Rast oxunub mən bilən və böyük sevgi ilə qarşılanıb, unudulmazlıq qazanıb. O tələbələrin hamısı indi həm də illərin müəllimidir. Əliağa müəllim, qolunuzu çırmalayıb bu konsertdən birini də təşkil edin, Arif müəllim səhnədən baxsın, saçı çallaşmış tələbələr bir SEGAH oxusun. Sonra da bunu cavan ifaçılarla etmək olar.

Bir sözlə, Nəzakət xanım ifasında təkrarsız olduğu kimi yenilikçilikdə və məhsuldarlıqda da birincidir. Ondan nümunə götürün, gənclər!!!

Nəzakət xanım, bu dərin fəlsəfi, ruhsal gecə üçün təşəkkürlər!!!

Qeyd: Konsertdə ən çox gözüm nədənsə kontrabas ifaçısında qalmışdı. Adətən "arxa sırada oturan" bu yekəpər aləti incə şövqlə çaldığı, öz jestləri və oynaqlığı ilə kompozisiyaya rəng qatdığı üçün o ifaçıya xüsusi təşəkkürlər.

Fərid Pərdəşünas, texnobloger:

- Köhnə avtomobilim "Çeşka"nı 7000 manata sata bildim. Ümumiyyətlə, ikinci əl avtomobil bazarında ciddi geriləmə var. Artıq 200 000 üzəri getmiş avtomobilləri satmaq müşkül məsələyə çevrilib. İnsanlar ikinci, üçüncü əl avtomobilə 20 000 manat verməkdənsə, yeni Çin avtomobillərinə üz tuturlar.

Bir neçə gün əvvəl gömrükdə olan maşınlara baxırdım. Gömrüyə avtovazlar üzərində BYD daşıyan karvanlarla daxil olurlar. İnsanlar 5-5, 10-10 bu maşınları alır və taksi üçün istifadəyə buraxaraq kiçik bizneslər yaradırlar.

Bakı şəhərinin avtoparkında demək olar ki, artıq Çin avtomobilləri lider mövqeyə gəlir. Əvvəlki kimi Çin maşınlarına az etibar da yoxdur. Risk edirlər, alırlar və razı olanlar da çoxdur. Bu da öz növbəsində ili ötmüş, çox getmiş maşınların bazarına ağır zərbə vurur. Alverçilər bu məsələdən ciddi şikayət edir.

Sizcə, belə bir vəziyyətdə qiymətlər daha çox enməmiş, köhnə avtomobilləri satıb əldən çıxarmaq məntiqlidirmi? Yoxsa bir müddət sonra tələbat bərpa olacaq? Fakt odur ki, Çin maşını əlindən tərpənmək olmur.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Ən çox oğurluq halları olan banklar haqqında məlumatlar hansı qurumlardadır?

Ötən gün Naxçıvanda "Kiber suverenlik" mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin  açıqlaması oldu.

Panel müzakirəsində çıxış edən DİN-nin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb.

Nəzərə alsaq ki, bir çoxları ümumiyyətlə kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay təxminən 2 milyon manat kartlardan talanır.

Əslində bu RƏSMİ açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməliydi.

Hələlik isə bunlar müşahidə olunmur.

Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq.

Bu, nə vaxta qədər belə davam edəcək?

Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək?

Fikrimcə, nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq.

Bir daha, banklara, Mərkəzi Banka, ümumiyyətlə hökumətə və cəmiyyətə şərəf gətirməyən bu vəziyyətin düzəlməsi istiqamətində faydalı ola biləcək təklifləri təkrarlamaq istərdim:

1. Ən çox oğurluq olan banklar haqqında məlumatlar şübhəsiz ki Mərkəzi Bankda və DİN-dədir.

Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi.

Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.

DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın.

Belə olan halda isə bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.

2. Mərkəzi Bank Qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.

"Siz təsdiqləmisiniz" deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır.

Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

3. Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında  "xarici vətəndaş işləyə bilməz" deyən bir müddəa yoxdur.

4. Mobil tətbiqlərdə "kreditə STOP" və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün "SOS" əlaqə imkanı yaradılmalıdır.

5. Fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalıdır, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see194

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see156

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see132

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see130

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see128

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see125

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see124

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see122

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see121

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see120

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see118

Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22 May 2025 10:57see116

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see116

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see114

DİN: Bank kartının məlumatlarını heç kəslə paylaşmayın!

22 May 2025 10:31see114

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

22 May 2025 23:34see113

Hadisə aktrisa olur Yeni serial və partnyor bəlli oldu KONKRET

22 May 2025 08:10see113

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see113

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

22 May 2025 10:35see113

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri