Icma.az
close
up
RU
2 oyun, 6 xal So­sial şə­bə­kə­də ya­zı­lan­lar

2 oyun, 6 xal So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Simran Həsənov, hüquq elmləri doktoru:

- Xalq musiqisinə tükənməz sevgimi nəzərə alan dostlarım mənə tez-tez maraqlı muğam nümunələri göndərirlər. Bir müddət öncə hüquqşünas-alim dostum, Böyük Qarabağlı Şahin Rüstəmovdan Xalq artisti Mənsum İbrahimovun ifasında "Rast" muğamı ünvanıma daxil oldu. Açığı, Mənsum müəllimin ifasında bu muğamın studiya yazısını bu günədək dinləməməişdim. Çox böyük zövq aldım. Eyni zamanda hörmətli Mənsum müəllimin ad günündə bəzi xatirələrin də yaddaşımda bərpasına səbəb oldu minnətdar olduğum dostumun göndərdiyi yazı.

Mənsum müəllimi, onun ayrılmaz müşayiətçiləri olan Elçin, Elnur və Kamranı uzun illərdir ki, tanıyıram. Bir neçə il öncə isə Avropada keçirdiyimiz bir tədbirlə bağlı həm də yol yoldaşı olduq. Həqiqətən, düz deyiblərmiş, yaxından tanışlıq üçün gərək yol yoldaşı olasan. Mənsum müəllimin komandasının yüksək peşəkarlığı, aralarındakı mehribançılıq, tək-tək musiqiçilərdə müşahidə edə biləcəyimiz alicənablıq, zadəganlıq, yüksək mədəniyyət və intellekt məndə çox xoş bir təəssürat yaratdı. Elçinin Vyananın kifayət qədər böyük bir konsert salonunda zalı hazırlayan texniki işçilərlə ingiliscə bərabər səviyyədə dialoqa girişməsi əslində elə zal sahiblərini də çaş-baş salmışdı.

Əsl xoş sürpriz isə axşam, çox mötəbər Beynəlxalq Konfransdan sonra, qala konsert vaxtı oldu. İncə musiqi duyumu olan Şeyximiz Allahşükür Paşazadə həzrətləri məni onunla bir masada əyləşən Türkiyənin Avstriyadakı səfiri ilə tanış etdi və Mənsum müəllimlə tanışlığımı bildiyi üçün cənab səfirin bir xahişini çatdırdı. Söylədi ki, Səfir həzrətləri maraqlanır, görəsən, musiqiçilər "Çırpınırdı Qara dəniz" şərqisini ifa edə bilərlərmi? Repertuar fərqini bildiyim üçün utana-utana Mənsum müəllimə yaxınlaşdım və səfirin xahişini ona çatdırdım. Sonrasını gərək Siz özünüz görəydiniz! Dünyanın musiqi beşiklərindən biri olan Vyanada Üzeyir Hacıbəyovun ölməz musiqisinə, Əhməd Cavadın təkrarolunmaz sözlərinə, professor Mənsum İbrahimovun və onun dostlarının son dərəcə əsrarəngiz ifasına əksəriyyəti xaricilərdən ibarət olan tamaşaçılar 10 dəqiqəyə yaxın, ayaq üstə əl çaldılar. Mən də qürurla (yox, çox böyük qürurla!!) gözləri yaşarmış qardaş ölkənin səfirinə baxdım.

Bax belə... Şahinin göndərdiyi "Rast" muğamı mənə o günləri xatırlatdı...

Bir daha doğum gününüz münasibəti ilə Sizi təbrik edirəm, əziz Mənsum müəllim!

Sənan Şəfizadə, jurnalist:

- 2 oyun və 6 xal! Hansı yarışda? Çempionlar Liqasında!

Möcüzə yox, illərin zəhmətinin nəticəsi. "Benfika"dan sonra Bakıda "Kopenhagen" üzərində qələbə iştahı daha da artırır. Matç barədə əlavə yazmağa ehtiyac yoxdur. Oyun sözün əsl mənasında "Qarabağ"ın idi. Meydanda olan hər bir futbolçu final matçı kimi mübarizə aparırdı. Zubirin keçidləri, Kadinin lazım olan yerdə topa sahib çıxması, Bəhlulun qurtarışları, Elvinin rəqibə aman verməməsi, Silvanın ən yaxşı oyunlarından birini keçirməsi və sair. Koxalskinin mərd oyununu da qeyd etməliyəm. Bu matçda "Qarabağ" komandası ölkə idmanında yeni səhifə açdı.

İllər öncə xarici klublara azarkeşlik edirdik, indi "Qarabağ" deyən əcnəbilər var. Ağdam təmsilçisi komanda olaraq ölkə çapında mükəmməl nümunə göstərdi. Qələbənin əhəmiyyəti olduqca böyükdür. Milli səviyyəsində itirilən inam, qələbə ruhu, ümid "Qarabağ"ın oyunlarında geri qayıdır. Stadionun yolunu unudan Azərbaycan azarkeşi artıq "Qarabağ"ın oyunlarının vaxtını əzbər bilir və çalışır matçda olsun. Belə qələbələr həm də ölkə idmanında brend yaradır, "Qarabağ" və Qurban Qurbanov brendini. Millərlə uşaq məhz bu qələbələrdən sonra futbola üz tutur.

Dünən gecənin qəhrəmanı həm də 12-ci oyunçu oldu. Yəni 30.250 azarkeş. "İmarət Tayfa" və "Qarabağ Ordu"nun yaratdığı gözəl xoreoqrafiyadan sonra ilk 45 dəqiqə azarkeşlərin dəstəyi gözəl alındı. Bu işdə usta fan-klubların əməyini qiymətləndirməmək olmaz. İkinci hissəyə tribunalar bir qədər sakit başladı. Son 10 dəqiqədə futbolçu dəyişikliyi zamanı 1-0 hesabının narahatlıq doğurduğunu dedik. Və tribunalar əzəmətini qaytardı. Addainin qolunda ötürməni, məncə, SİZ verdiniz.

Qələbə gözəldi. Amma daimi deyil. Bu mövsümün möcüzəvi və fantastik olmasını arzulayıram.

P.S. Stadionda səsimizə səs verdiyiniz üçün təşəkkür edirik. Səsimiz 2-3 günə düzələcək. Amma 2-0 tarixdə qalacaq.

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da AŞPA-nın iclasında çıxışı zamanı ermənilərin Qarabağa qayıdışının Bakı ilə sülh prosesinə zərər verə biləcəyini deyib. O bildirib ki, Qarabağı könüllü tərk edən və Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərin gələcəyi artıq Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlıdır.

Paşinyanın bu yanaşması böyük ehtimalla, AŞPA-nın bir qrup deputatı üçün gözlənilməz olub. Çünki həmin deputatlar ölkələrindəki erməni lobbisinin üzvləri ilə əl-ələ verərək, "ermənilərin Qarabağa qayıdışı təmin edilməlidir" çağırışlarına ara vermir, bu mövzuda müxtəlif tədbirlər keçirirlər. ABŞ Konqresində də eyni səslər ucaldılır və başda Frenk Pallone olmaqla bir qrup ermənipərəst konqresmen dövlət katibi Marko Rubiodan da ermənilərin Qarabağa qayıdışını gerçəkləşməsini tələb edirlər. Bu tələblər səslənərkən ermənilərin Baş naziri qətiyyətlə ermənilərin Qarabağa qayıdışının əleyhinə olduğunu söyləyir. Çünki Nikol Paşinyan yaxşı anlayır ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağa qayıdışı tələbinə qoşulsa, bu, sülh danışıqları apardığı Azərbaycanla münasibətləri yenidən gərginləşdirəcək. Bu, Paşinyana lazım deyil. Baş nazir AŞPA-dakı çıxışında elə belə də deyib: "Ermənistan və Azərbaycan sadəcə olaraq bir-birini rahat buraxmalı və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər". Paşinyanın ermənilərin Qarabağa qayıdışı tələbini səsləndirməməsinin başqa səbəbi də var. Paşinyan düşünür ki, bununla azərbaycanlıların Qərbi Zəngəzura qayıdışının qarşısını almış olacaq. Yəni onun məntiqinə görə, ermənilər Qarabağa qayıtmırlarsa, azərbaycanlılar da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmamalıdırlar.

Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışının əleyhinə olması müxtəlif ölkələrdəki erməni lobbisinin və lobbinin dəstəklədiyi siyasətçilərin səylərini heçə endirir. Vaxtilə Qarabağda yaşayan ermənilərin özləri də geri dönmək istəmirlər, əks halda onların səsi gələrdi. Çünki onlar da Paşinyan kimi anlayırlar ki, Qarabağa qayıdış yalnız Azərbaycan qanunlarının və pasportlarının qəbulu əsasında mümkündür. Buna isə onlar razı deyillər. Demək, Paşinyanın söylədiyi kimi, Qarabağ erməniləri Ermənistanda həyatlarını qurmalıdırlar.

Şəhriyar Del Gerani, şair:

- Ruhu şad olsun Cabir qardaşımızın. Heç şübhəsiz, böyük talant sahibiydi. Üstəlik, intellektual və şəxsiyyətli bir adam. Baxıram, saytlar ölüm anı videosunu paylaşır sənətkarın. Başa düşmürəm, bu, kimə və ya, nəyə lazımdır? Ayıb deyil? Bir insanın ölüm anını niyə paylaşırsız? Ülvi heç nə qalmadı? 5-10 min "baxış" sayına satdınız hər şeyi? Bu videonu paylaşmaq sizə və cəmiyyətə nə verir? Məgər detektiv situasiyadır? İnsan infarktdan dünyasını dəyişib, niyə yayırsız videosunu? Ayıb deyil? Doğrudan, ayıb deyil? Hər şey, hamı bir yana, Allahdan da utanmırsız?

İqbal Ağazadə, siyasətçi:

- Bu gün Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi.

Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin.

2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var, çox təəssüf ki, o çıxışı bu gün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar.

Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil.

Allah Cabir İmanova rəhmət etsin.

P.S. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm.

Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq...

Azad Əliyev, jurnalist:

- Cabir İmanovun 49 yaşında vəfat etməsi əslində hamımız üçün siqnaldır. Şəhərdə vəziyyət elə həddə gəlib çatıb ki, varlı-kasıb, sağlam həyat tərzi keçirən-keçirməyən hamının ömrünə balta çalınır. Şəhərdə yaşıllıq çox azdır. Səs-küy, toz-torpaq, xaos. Bütün bunlar hamımızın ömrünü azaldır. İstər avtobusdan bu zəhərli havanı ud, istər "Mercedes S klass"ın pəncərəsindən, fərqi yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri