Hər birinə avtomobil hədiyyə etdi Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan milli komandasının futbolçularına ölkə Prezidenti Şavkat Mirziyoyev tərəfindən BYD elektromobilləri hədiyyə edilib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb Özbəkistan yığmasının tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində vəsiqə əldə etməsidir.
Avtomobillər Qətər komandası üzərində qazanılan 3:0 hesablı qələbədən sonra stadionda futbolçulara təqdim olunub.
Həmçinin Ş. Mirziyoyev komanda üzvlərini və məşqçiləri “Özbəkistanın fəxri” adı ilə təltif edib.
Qeyd edək ki, özbəklərin final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə keçirilən matçı 0:0 hesabı ilə yekunlaşmışdı. Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etmişdi.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















