Icma.az
close
up
RU
Hər evdə olan bu 2 dərman ölümə səbəb ola bilər

Hər evdə olan bu 2 dərman ölümə səbəb ola bilər

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Korvalol və valokordin post-sovet məkanında ən tez-tez istifadə olunan sakitləşdirici dərmanlardır.

Həyacan, stress, ürəkdə ağrı və narahatçılıq, təzyiqin yüksəlməsi zamanı bir çoxlarımız, xüsusilə də yaşlı nəsil,  bu dərmanlardan istifadə edirik. Lakin bu dərmanların özbaşına nəzarətsiz qəbulu çox ziyanlıdır və bir çox ciddi pozulmalara, hətta ölümə səbəb ola bilər. Avropa və Amerikada bu preparatların istifadəsinə çoxdandır ki qadağa qoyulub. Bəs bu "ziyansız" hesab etdiyimiz damcılar nə üçün bu dərəcədə təhlükəlidir?

İlk növbədə onların tərkibinə nəzər salaq. Saglamolun.az bildirir ki, bu 2 dərmanın tərkibi demək olar eynidir. Onların tərkibində olan əsas təsiredici maddə fenobarbitaldır. Bu güclü psixotrop maddədir. Əvvəllər fenobarbital epilepsiya xəstələrinin müalicəsində istifadə olunurdu. Fenobarbital beyinin bütün funksiyalarını ləngidir. Bu həmçinin həyati vacib funksiyalara (nəfəsalma funksiyası, ürəyin fəaliyyəti) da aiddir və bu da olduqca təhlükəlidir ki, dozanın artırılması və ya preparatın nəzarətsiz uzun müddət ərzində qəbulu nəticəsində insanda hətta ürəyin dayanması mümkündür. Bu xüsusilə yaşlı insanlara aiddir və həkimlər hər il belə hadisələri qeyd edir. 

Fenobarbitalın orqanizmdən tam xaric olunması müddəti 4 günə qədər çəkir və nəticədə bu maddə orqanizmdə toplana bilir. Bu isə maddənin orqanizmə olan  ziyanlı təsirini daha da artırır. Həmçinin fenobarbital alışqanlıq yaradır ki, insan onsuz qala bilmir.

Karvalol və valokordin insanın beyninə güclü tormozlayıcı təsir edir. Bunun nəticəsində insanda diqqətsizlik, yaddaşın pozulması, təzyiqin kəskin enməsi, baş gicəllənməsi mümkündür.

Bütün bunları nəzərə alaraq mütəxəssislər bu 2 preparatdan yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməyi tövsiyə edirlər.  

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 04:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri