Icma.az
close
up
RU
Hər gün badam yemək olarmı? Dietoloqdan CAVAB

Hər gün badam yemək olarmı? Dietoloqdan CAVAB

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Badam vitaminlər, minerallar, antioksidantlar, lif və faydalı yağlarla zəngin olan çox faydalı bir qida məhsuludur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, həm dərinin, həm də sümüklərin sağlamlığı üçün əhəmiyyətlidir.

Badam əslində biz adətən “qoz” adlandırsaq da, badam ağacının meyvəsinin toxumudur. Tərkibində bir çox qida maddələri olan bu məhsulun sağlamlığa çoxsaylı müsbət təsirləri var.

Xolesterini azaldır

Araşdırmalar göstərir ki, badam yemək "yaxşı" xolesterinin (HDL) səviyyəsini saxlamağa və "pis" xolesterinin (LDL) səviyyəsini azaltmağa kömək edir. LDL xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Araşdırma müəllifləri gündə təxminən 45 qram badam yeməyi tövsiyə edirlər.

Xərçəng riskini azaldır

Alimlər hesab edirlər ki, badamın tərkibində olan fitokimyəvi maddələr onun iltihab əleyhinə və antioksidant təsirini təmin edir, bu da bəzi xərçəng növlərindən qorunmağa kömək edə bilər.

Bir araşdırma göstərib ki, çoxlu badam, qoz və yer fındığı yeyən insanların süd vəzisinin xərçənginə tutulma riski 3 dəfə az olub.

Başqa bir araşdırmada isə gündə 28 qram qoz-fındıq yeməyin xərçəngdən ölüm riskini 21 faiz azaltdığı qeyd olunub.

Ürək xəstəlikləri riskini azaldır

Bir sıra tədqiqatlar badam və digər qoz-fındıqların damar funksiyasını yaxşılaşdırdığını və bunun nəticəsində ürək xəstəlikləri riskini azaltdığını göstərir. Mütəxəssislər həftədə 4 porsiya duzsuz, yağsız badam və digər qoz-fındıq məhsullarının qəbul edilməsini tövsiyə edirlər.

Qanda şəkərin səviyyəsinə təsir edir

Badam karbohidrat baxımından az, zülal baxımından isə zəngindir. Bu səbəbdən şəkərli diabeti olan insanlar üçün yaxşı seçim hesab olunur.

Araşdırmalar göstərir ki, badamın yüksək maqnezium tərkibi qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Bir araşdırmada, şəkərli diabet riski olan böyüklər gündə 56 qram badam yedikdə, 12 həftədən sonra onların HbA1c (şəkərin uzunmüddətli göstəricisi) səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Çəkiyə nəzarət etməyə kömək edir

Badam bədən kütləsi indeksini (BMI) və bel çevrəsini azalda bilir. Araşdırmalarda göstərilib ki, badam aclıq hissini tənzimləyərək artıq yeməyin qarşısını alır. Bu xüsusiyyət arıqlamaq istəyənlər üçün xüsusilə vacibdir.

Sümük sağlamlığını yaxşılaşdırır

Badam kalsiumla zəngindir. Kalsium sümüklərin və dişlərin möhkəmliyi üçün vacibdir. Kalsium çatışmazlığı sümük möhkəmliyini azaldır və osteoporoza səbəb ola bilər.

Dərinin vəziyyətini yaxşılaşdırır

Badam antioksidantlar, yağ turşuları və E vitamini ilə zəngindir - bunlar dərinin sağlamlığı üçün vacibdir. Postmenopauza dövründə olan qadınlar üzərində aparılan araşdırmada 16 həftə ərzində badam yeyən qadınların dərisində daha az qırış və daha yaxşı dəri tonu müşahidə olunub.

E vitamini mənbəyidir

Badamın 28 qramlıq porsiyasında təxminən 7,26 milliqram E vitamini var. Araşdırmalar göstərir ki, E vitamini ürək-damar xəstəlikləri, xərçəng, yaddaş zəifləməsi və yaşla bağlı göz xəstəliklərinin qarşısının alınmasında rol oynaya bilər.

Antioksidant mənbəyidir

Badam hüceyrə zədələnmələrinin qarşısını almağa kömək edən antioksidantlarla zəngindir. Bu zədələr bir çox xəstəliklərə və vaxtından əvvəl qocalmaya səbəb olur. Ən çox antioksidantlar badamın qabığında yerləşir.

Badamın qida dəyəri (28 qram üçün):

Kalori: 164 kkal

Zülal: 6 qram

Lif: 3,54 qram

Kalsium: 76,3 milliqram

Maqnezium: 76,5 milliqram

E vitamini: 7,26 milliqram

Dəmir: 1,05 milliqram

Kalium: 208 milliqram

Sink: 0,885 milliqram

Mis: 0,292 milliqram

Manqan: 0,618 milliqram

Xolin: 14,8 mq

Selenium: 1,16 mkg

Folat: 12,5 mkg

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri