Icma.az
close
up
RU
Hər gün pilləkənlə qalxmaq bədənə necə təsir edir?

Hər gün pilləkənlə qalxmaq bədənə necə təsir edir?

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Pilləkənlə qalxmaq faydalıdırmı?

Yay başa çatmaq üzrə olsa da, qarşıda hələ bir neçə gün 30 dərəcəlik isti gözlənilir. Bu istidə darısqal liftin qarşısında gözləmək əvəzinə pilləkənlə qalxmaq həm daha rahat, həm də sağlamlıq üçün faydalı vərdiş ola bilər.

Tribunainfo.az xarici mətbuata istinadən pilləkənlə qalxmağın bədənə faydalarını təqdim edir:

Əzələ məşqi

Adi gəzinti zamanı olduğu kimi, pilləkənlə qalxarkən əsas yük ayaqlara düşür. Ancaq qalxmaqla enmək zamanı fərqli əzələlər aktiv olur. Rusiyanın Fitness Peşəkarları Assosiasiyasının üzvü, məşqçi Valeri Soldatovun sözlərinə görə:

Qalxarkən dördbaşlı bud əzələsi, budun arxa əzələsi, qalça, baldır və daban əzələləri işə düşür. Enərkən əsasən baldır əzələləri aktiv olur.
Bu əzələləri yalnız pilləkənlə tam inkişaf etdirmək mümkün olmasa da, onları tonusa salmaq realdır. Nəticəni 3-4 həftəyə hiss etmək mümkündür.

Ürək və ağciyər üçün faydalıdır

Pilləkənlə qalxmaq ürək və ağciyərləri də məşq etdirir. Bu da dövran və tənəffüs sisteminin güclənməsinə, damarların elastikliyinin artmasına və orqanizmin ümumi dözümlülüyünün yüksəlməsinə səbəb olur.

Hərəkət aktivliyinin artması

Sağlam həyat tərzində gündəlik 10 min addım prinsipi çoxları üçün tanışdır. Pilləkənlə gündə iki dəfə qalxmaq bu göstəriciyə çatmağa kömək edə bilər. Hər gün neçə pilləkən qalxdığınızı saymaq və ya addımölçənlə izləmək faydalıdır.

Kalori sərfi

Pilləkənlə qalxmaq zamanı daha çox enerji sərf olunur. Əgər yandırdığınız kalorini dərhal kompensasiya etmirsinizsə, bu, arıqlamağa da yardım edir. Nəticədə həm bədən forması yaxşılaşır, həm də artıq çəkidən qurtulmaqla təzyiq normallaşır, orqanizm tonusa düşür.

Haradan başlamaq və necə çətinləşdirmək olar?

Əgər bu sizə çətin gəlirsə, əvvəlcə yalnız enməyə başlayın. Sonra tədricən az mərtəbəli qalxışlar əlavə edin. Daha təcrübəlilər üçün isə 20 dəqiqəlik yuxarı-aşağı gedişlər tövsiyə olunur.
Monotonluqdan bezənlər mərtəbə sayını artırıb-azaltmaqla pilləkən məşqini daha maraqlı edə bilər: məsələn, 1 mərtəbə yuxarı – 1 aşağı, sonra 2 yuxarı – 2 aşağı və s.

Kimlərə olmaz?

Uzun müddətli pilləkənlə qalxmaq bu hallarda əks göstərişdir:

Aşağı ətraf, diz, omba və ya bel nahiyəsində zədələr;
Varikoz xəstəliyi;
Artıq çəki və yüksək qan təzyiqi.
Bu vərdişə yüngül addımlarla başlamaq, bədəni yükləmədən tədricən artırmaq tövsiyə olunur.

İmran Kərimli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 İyun 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri