Icma.az
close
up
RU
Hər gün şəkər əvəzinə bal yesəniz... Möcüzəvi nəticə

Hər gün şəkər əvəzinə bal yesəniz... Möcüzəvi nəticə

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Şəkər demək olar ki, 99,8 faiz saf karbohidratdan (saxaroza) ibarət olduğu halda, balın təxminən 80 faizi müxtəlif şəkərlərdən ibarətdir. Buna görə də hər iki məhsul sürətli enerji mənbəyi sayılır, lakin orqanizmə təsiri fərqlənə bilər.
Demokrat.az
xəbər verir ki, mütəxəssislərin “Verywell Health”ə istinadən bildirdiyinə görə, həm bal, həm də şəkər enerjini artırır və qidaya şirinlik verir. Lakin bal tərkibinə görə daha “qidalı” məhsul hesab olunur, çünki onun içində az miqdarda vitaminlər, minerallar və antioksidantlar mövcuddur.
Tədqiqatlara əsasən, bal xolesterin səviyyəsinə müsbət təsir göstərə bilər. O, ümumi xolesterin, “pis” LDL xolesterini və trigliseridlərin azalmasına kömək edə bilər ki, bu da ürək-damar sağlamlığı üçün vacib göstəricilərdir.
Balın glisemik indeksi ağ şəkərlə müqayisədə bir qədər aşağı olsa da, fərq böyük deyil. Buna görə də qan şəkərinə təsiri tamamilə fərqli sayılmır.
Balda az miqdarda B qrupu vitaminləri, C vitamini və maqnezium, sink, fosfor kimi minerallar da mövcuddur. Xüsusilə tünd rəngli ballarda antioksidant miqdarı daha yüksək olur.
Bundan əlavə, balın antibakterial xüsusiyyətləri səbəbilə yaraların sağalmasında və soyuqdəymə zamanı öskürəyin yüngülləşdirilməsində köməkçi təsir göstərə biləcəyi qeyd olunur.
Bəzi araşdırmalar şəkər əvəzinə bal istifadəsinin çəkiyə nəzarətdə də faydalı ola biləcəyini göstərir. Lakin bu nəticələr daha çox xam (emal olunmamış) bala aiddir.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, bal “istənilən qədər istifadə oluna bilən” məhsul deyil. O da yüksək kalorilidir və həddindən artıq istehlakı şəkərlə eyni sağlamlıq problemlərinə səbəb ola bilər.
Nəticə olaraq, bal tərkib baxımından daha zəngin olsa da, əsas məsələ hansı məhsulun seçilməsi deyil, onların miqdarında istifadə edilməsidir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri